“Eurovision 2019” – LOURENS QALİB, ÇİNGİZ 7-Cİ OLDU – FOTO- YENİLƏNİB – (1)

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Etikxeber.az xəbər verir ki, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında təşkil olunan builki yarışmada təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə birincilik uğrunda mübarizə aparır.

Müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Müsabiqənin birinci yarımfinalının nəticəsinə görə, 10 ölkənin təmsilçisi finala çıxıb. Beləliklə, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya birinci yarımfinaldan qalib ayrılıblar.

İkinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb. Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

Xatırladaq ki, İsrail festivalın keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.

***

Yarışmada ölkəmizi 20-ci nömrə altında təmsil edən müğənni Çingiz Mustafayev yenidən Ekspo Mərkəzin səhnəsinə çıxaraq möhtəşəm perfomans sərgiləyib.

Çingiz Avropa tamaşaçısına ifası ilə “Həqiqət”i (Truth) çatdırıb. Mustafayevin səhnə dekorasiyasında üçbucaq formalı, kənarlarında işıqlar quraşdırılan, arxa fonda mavi dalğalı effektlərlə qadın silueti nəzərə çarpıb. Həmçinin səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə Çingizin ürək nahiyyəsinə ürək şəklini həkk etdiriblər.

 Eyni anda sarı rəngdə işıqlarla arxa fonda ürək şəkili canlanıb.
***
dunkan
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

“Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb. Qeyd edək ki, Niderland “Eurovision” mahnı yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub.

Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Etikxeber.az

Read Previous

İndi bunun nə yeri, nə də zamanıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

I və III ixtisas qrupları üzrə 35 mindən çox abituriyent qəbul imtahanı verəcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir