“Evə zəng etdilər ki, bəs, yoldaşınız ağır yaralanıb…Mən də başıalovlu özümü hospitala çatdırdım, gördüm ki…”-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ RAMİZ HƏSƏNOVUN HƏYAT YOLDAŞI TƏHMİNƏ HƏSƏNOVA – FOTOLAR

Azərbaycan torpaqlarının, Qarabağın murdar erməni işğalından azad olunması yolunda canını göz qırpmadan fəda edən Oğullardan biri də Ramiz Hüseyn oğlu Həsənovdur…

İgid, Qəhrəman, Vətən sevdalısı Ramiz Həsənov…

Vətənini doğmalarından, iki övladından və cavan həyat yoldaşından üstün tutan, Vətənin müdafiəsinə atılan və Şəhidlik məqamına ucalan Ramiz Hüseyn oğlu…

Cəmi 47 yaşlı Şəhidimiz, İgidimiz, Qəhrəmanımız…

***

Qeyd edim ki, Ramiz Həsənov 1957-ci ilin 21 iyul tarixində Bakı şəhərində dünyaya gəlib…

Ailənin altı övladından, iki qardaşdan biri idi…

Valideynlərini tez itirib, atası dünyasını dəyişəndə Onun cəmi 2 yaşı olub…

Həm tikinti-inşaat işçisi, həm də musiqçi-nağara ifaçısı olub…

Toylarda, el şənliklərində iştirak edib…

1986-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsindən olan Təhminə xanımla ailə həyatı qurub…

İki övladı-1987-ci ildə qızı, 1989-cu ildə oğlu dünyaya gəlib…

Hazırda övladları ailə sahibidirlər…

Qızının 4, oğlunun 2 övladı var…

Ramiz Həsənov bir Vətən sevdalısı kimi Azərbaycan torpaqlarının, Qarabağın işğal altında qalmasına, yüzminlərlə soydaşımızın, həmvətənimizin Qərbi Azərbaycandan,öz dədə-baba yurdlarından zorla qovulmasına dözməyərək, Vətənin müdafiəsinə, Birinci Qarabağ Savaşına atılıb…

Əvvəlcə “OMON”-çulara, özünümüdafiə dəstələrinə, sonra isə Şıxov batalyonuna qoşulub…

Ağdam, Əsgəran, Ağdərə…istiqamətlərində döyüşüb…

Birinci Qarabağ Savaşı zamanı iki dəfə ayağından yaralanıb, amma inadkarlığından dönməyib, yenidən döyüşlərə atılıb…

Və uzun sürən xəstəlikdən sonra, 2004-cü ilin mart ayının 22-də, 47 yaşında dünyasını dəyişib, Şəhidlik məqamına ucalıb…

Nəşi Yasamal (“Qurd qapısı”) qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidin həyat yoldaşı Təhminə xanımın dediklərindən:

“Axırıncı dəfə-səhv etmirəmsə, 1992-ci ilin sentyabr yaxud oktyabr ayı olardı, Ağdərə istiqamətində çox ağır yaralanmışdı…”Papanin” hostpitalına gətirmişdilər…Evə zəng etdilər ki, bəs, yoldaşınız ağır yaralanıb…Mən də başıalovlu özümü hospitala çatdırdım…Çox, olduqca ağır vəziyyətdə idi…Başını, üzünü sarımışdılar, bircə gözləri görünürdü..Hospitalın şöbə müdirindən soruşdum ki, həkim, yoldaşımın vəziyyəti, axırı necə olacaq…Mənə dedi ki, ay qızım, sən balalarının qeydinə qal, onları qoru, qismətində varsa, yaşayacaq, qismətinə yoxdursa…Dedim ki, həkim, axı, mən onsuz övladlarımı necə böyüdəcəyəm…Dedi ki, qızım, sən körpələrinlə məşğul ol, onları qoru…

Bir neçə ay hospitalda yatdıqdan, müalicə aldıqdan sonra evə buraxdılar…Həmin vaxtdan dünyasını dəyişənə kimi yataq şəraitində, əlil arabasında oldu…Və 2004-cü ilin mart ayının 22-də dünyasını dəyişdi…Dünyasını dəyişəndən sonra da Şəhidlik statusu verildi…Yoldaşımı Keşlə Şəhidlər Xiyabanında dəfn etmək istəyirdilər…Amma bacıları razı olmadı, dedilər ki, Yasamal qəbiristanlığında, anamızın yanında dəfn edilsin və elə orada da dəfn olundu…Mən də xoşbəxt olmaq istəyirəm, amma qismət olmadı…Qarabağ hadisələri bir çoxları kimi bizim də ailəmizi məhv etdi…Çox ağırdır danışmaq mənim üçün…”

Bu yerdə onu da qeyd edim ki, Təhminə xanımla bugünlərdə, iyun ayının 2-də Lənkəran şəhərinə səfərimiz, Şəhid ailələrini ziyarət zamanı tanış oldum…

Onunla qısaca da olsa, söhbətləşdim, dərdləşdim…

Və söz verdim ki, bir gün onları da gəlib ziyarət edəcəyəm…

Allah səbr və dözümlərini versin!

Allah Şəhidimizin məqamını Uca, ruhunu şad etsin!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bir zamanlar özüm Şəhid ailələrini ziyarət edirdim, bu gün isə bir Şəhid ailəsi kimi bizim ocağı ziyarət edirlər…”-LƏNKƏRANLI, ŞİLƏVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, DÖRD MEDALLI İMAMƏLİ ŞƏFƏQQƏT OĞLU ƏHƏDZADƏNİN ANASI RƏSMİYYƏ ŞÜKÜROVA – FOTOLAR

Read Next

Qazaxın azad edilmiş kəndlərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur-DSX – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir