Ev yandı, iki nəfər öldü-SALYANDA

Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.

Bu barədə Etikxeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Etikxeber.az

Read Previous

“Hər zaman əqidəmə, daşıdığım dəyərlərə, Heydər Əliyev yoluna sadiq qalmışam”-ELDAR İBRAHİMOV

Read Next

Hər yeni yol yeni imkan deməkdir, yaxud Araz axır gül ilə…-MUSA URUD YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir