Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir-birimizə qarşı daha həssas olaq, daha çox yardımlaşaq! Evdə qalaq, amma evlərində tək qalanları, köməksiz qalanları unutmayaq!
Etikxeber.az xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən millət vəkili seçilən Jalə Əliyeva deyib.
O, seçicilərinə üz tutaraq, bunları bildirib:
“Dəyərli zərdablılar və ucarlılar! Bu günlərdə məlum vəziyyətlə bağlı olaraq Sizlərə növbəti dəfə müraciət yollayaraq, bildirmək istəyirəm ki, hər hansı təcili, həllivacib probleminiz, ortaya çıxan məsələləriniz haqqında istənilən an mənimlə, köməkçim Firdovsi Eyvazovla istər məktubla, istər telefonla, istərsə də internet vasitəsilə əlaqə saxlaya bilərsiniz. Daha əvvəl də (20 mart və 25 mart tarixli müraciətlərimdə) yazdığım kimi, son situasiya ilə bağlı olaraq hər iki rayonun rəhbərliyi ilə mütəmadi telefon danışığımız olur. Bu günlərdə kənd icra nümayəndələri və bələdiyyələrlə də bu mövzuda söhbət aparmışıq. Onları da əməkdaşlığa dəvət etmişik. Və xahiş etmişik ki, zərurət yarandığı zaman özləri də bizə müraciət etsinlər. Müdaxilımizi gərəkdirən işlər haqqında bizi də xəbərdar etsinlər.
Bu gün bütün dünyanı bürüyərək bəşəriyyətə meydan oxuyan koronavirus bəlasıyla mübarizə aparmaq, bu çağırılmamış “qonaq”ın ucbatından çətin vəziyyətə düşən vətəndaşımıza kömək üçün səfərbər olmaq sadəcə dövlətimizin deyil, hamımızın vəzifəsidir. Bir-birimizə qarşı daha həssas olaq, daha çox yardımlaşaq! Evdə qalaq, amma evlərində tək qalanları, köməksiz qalanları unutmayaq! Üzümüzü bir sağa, bir sola çevirib ən yaxın qonşuluğumuzdakı, yaxınlığımızdakı bu qəbildən insanları, ailələri görək! Onlara imkanlarımız və bacarığımız doğrultusunda maksimum dəstək olaq! Əmin olun ki, biz izolyasiyada qaldığımız şəraitdə belə birlikdə olaraq, həmrəy olaraq bu xəstəliyə qalib gələ bilərik! Güc, birlikdədir, deyən atalarımız heç vaxt yanılmaylblar!”

20:37, 28 mart
Etikxeber.az





