Evin-ailənin iki oğlan övladından biri, subay, Cənnətdəki beşinci doğum günü, 31 yaşı tamam olan-BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ CƏLAL VƏZİROV… – FOTOLAR – YENİLƏNİB – (1)

Evin-ailənin iki oğlan övladından biri, evin sonbeşiyi, subay, İkinci Vətən Müharibəsi Şəhidi, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Cəlal Bədirxan oğlu Vəzirovun Cənnətdəki beşinci doğum günündə, 31 yaşının tamamında-5 dekabr 2024-cü il tarixində, səhər saatlarında Beyləqan rayonunun Qaralılar kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

1993-cü ilin dekabr ayının 5-də Beyləqan rayonunun Qaralılar kəndində-sadə bir ailədə dünyaya gələn, 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, 2020-ci ilin oktyabr ayının 2-də, cəmi 27 yaşında Füzuli rayonu istiqamətində qəhrəmancasına Şəhid olan və bir gün sonra, 3 oktyabr tarixində Əbədiyyətə uğurlanan Cəlal Vəzirovun məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-ata ocağında Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib.

Məclisdə bir daha Şəhidin ruhuna dualar oxunub.

Cənnətdəki beşinci doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin adına ehsan verilib.

Eləcə də Cənnətdəki beşinci doğum günü ilə bağlı hazırlanmış tort kəsilib.

Sonda xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Cəlal Vəzirov Qaralılar kəndinin tək, yeganə Şəhididir.

Onu da qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, Beyləqanlı Şəhid ailələri, Bakıdan, Sumqayıtdan, Beyləqandan, Salyandan olan Qazilər, ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Vətən, Qarabağ yolunda sağlamlığını qurban vermiş daha bir İgidimiz-AĞDAMLI QAZİ BƏXTİYAR ABBASOV… – FOTOLAR

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir