Evin-ailənin tək, ali təhsilli və subay oğlu-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SİYAVUŞ MURADOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, YAŞASAYDI, 32 YAŞI TAMAM OLACAQDI…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün əslən Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Siyavuş Akif oğlu Muradovun doğum günüdür.

Siyavuş Heydərovun bu gün 32 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Siyavuş Muradov 1991-ci ilin avqust ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində sadə bir ailədə dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə, Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçüb, orada yaşayıblar.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, ali təhsilə yiyələnib.

Həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb.

O, idmançı olmaqla yanaşı, həm də musiqiçi olub.

Baş leytenat hərbi rütbəsini daşıyıb.

Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarında 3 il xidmət etdikdən sonra, Azərbaycan Ordusunda fəaliyyət göstərib və zabit, peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə olub.

Bir aya yaxın şərəfli döyüş yolu keçib, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı istiqamətlərində döyüşüb, vuruşub və 25 oktyabr tarixində, səhər saatlarında Füzuli rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 26 oktyabr tarixində Beyləqan rayonunun Əmirzeyidli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Atası Akif Muradov isə Birinci Qarabağ Savaşında iştirak edib.

O, həm də subay olub.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Ruhuna dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

17:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ötən ilin avqustunda Laçında Şəhidlik məqamına ucalan-ailənin 3 övladından biri olan-SAMİR SƏMƏD OĞLU XUDİYEVİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından 31 il keçən-LAÇINLI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ KƏRƏM ZEYNALOVUN ANIM VƏ ADINI DAŞIYAN NƏVƏSİNİN QIRXÇIXDI MƏRASİMİ KEÇİRİLDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir