Evin-ailənin tək oğlu, bir qız övladı Vətənə əmanət qalan-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MƏHƏMMƏD MƏMMƏDLİNİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin Anım Günüdür.

Məhəmməd Məmmədlinin Əbədiyyətə uğurlanmasından bu gün dörd il ötür.

Anım Günü ilə bağlı bu gün-1 dekabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidin ailəsinə-anası Mehriban Məmmədovaya Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Mingəçevir Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Şəhidin adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.

Daha sonra Şəhidin anasının yaşadığı evdə-ata ocağında Anım Günü ilə bağlı məclis davam etdirilib.

Məzarını ziyarətdə və çay-ehsan süfrəsində ailə üzvləri, Mingəçevirli Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Məhəmməd Məmmədli 1994-cü ilin avqustun 21-də Mingəçevirdə sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad, bir bacı-bir qardaş olublar.

Tək bacısı hazırda ailəli, iki övlad anasıdır.

Oğlan övladı qardaşının adını daşıyır-Məhəmməd, qızının adı isə Aylindir.

Bir neçə il öncə atalarını itiriblər.

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra Məhəmməd Mingəçevirdəki restoranlardan birində ofisiant işləyib.

Şəhidliyindən bir müddət öncə-2020-ci ildə isə ailə qurub.

2020-ci ilin sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub, İkinci Vətən Müharibəsinin ilk günündən də Talış-Suqovuşan istiqamətlərində döyüşüb.

Anası Mehriban xanımla axırıncı dəfə sentyabrın 30-da danışıb, sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Oktyabrın 2-də Suqovuşanda ağır döyüşlərdən birində Şəhid olub.

Ancaq 2 aydan sonra-dekabr ayının 1-də Şəhidliyi təsdiqlənib və elə həmin gün nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından sonra, 2021-ci ilin yanvarın 30-da isə Fatimə adlı qız övladı dünyaya gəlib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Anası Mehriban xanım isə övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını və oxuduğu məktəbə Məhəmməd Məmmədlinin adının verilməsini istəyir.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:59

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 2 ay 1 gündən sonra tapılan və Əbədiyyətə uğurlanan, dayıları Birinci Qarabağ Savaşı Şəhidi və Qazisi olan, atasını və tək bacısını itirən-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏMƏD RZAYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Cənnətdəki beşinci doğum günü, 27 yaşı tamam olan-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ İLKİN XOSROVZADƏ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir