Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Biləsuvar rayonun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nicat Höccət oğlu Qasımzadənin doğum günüdür.
Nicat Qasımzadənin bu gün 24 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Nicat Qasımzadə 2000-ci ilin noyabr ayının 10-da Biləsuvar rayonunun Zəhmətabad kəndində dünyaya gəlib…
Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub…
2007-2018-ci illərdə Zəhmətabadda və Sumqayıt şəhərində orta məktəbdə oxuyub…
2019-2020-ci illərdə Əsgərlikdə olub…
Əsgərliyini başa vurduqdan cəmi iki ay yarım sonra, İkinci Vətən Müharibəsinin başlamasından 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub…
Sentyabrın 27-dən isə müharibənin son gününcən döyüşlərdə, müharibədə olub…
44 günlük şərəfli döyüş yolu keçib…
2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə, 20 yaşının tamamında isə Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 2 gün sonra, 12 noyabr tarixində Zəhmətabad kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra beş medal, o cümlədən “Şuşanın azad olunmasına görə” medalı və bir ordenlə – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Hazırda ailəsinin yaşadığı küçəyə Onun adı verilib…
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 24 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az