Evin-ailənin tək oğlu, iki medallı-ŞƏHİD RƏŞİD HƏMİDOVUN 22 YAŞI TAMAM OLDU – MƏZARI ZİYARƏT EDİLDİ, CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-19 sentyabr tarixi daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-Siyəzənli Şəhid Rəşid Həmidovun doğum günüdür.

Bu gün Rəşid Həmidovun 22 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, ailədə bir bacı-bir qardaş və evin tək oğlu olan Rəşid Həmidov İkinci Vətən Müharibəsi zamanı Murov istiqamətində döyüşlərdə qəhrəmancasına həlak-Şəhid olub.

1999-cü ilin sentyabrın 19-da Siyəzəndə sadə bir ailədə olan Rəşid  2007-ci ildən 2016-cı ilədək orta məktəbdə təhsil alıb.

Sonra Peşə liseyində təhsilini davam etdirib.

Peşə liseyini bitirdikdən sonra, 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində qulluq edib və bir il üç ayın Əsgəri kimi, 2020-ci ilin oktyabrın 6-sından 7-sinə keçən gecə, ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 7-də doğulduğu Siyəzən rayonuna gətirilərək, torpağa tapşırılıb.

Şəhidimiz ölümündən sonra ”Vətən uğrunda” və ”Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Onu da qeyd edək ki, təxminən 12 il öncə valideynləri ayrıldıqdan sonra Rəşid bacısı ilə anasının-Tənzilə xanımın himayəsində böyüyüb.

Tənzilə xanım onlara həm ana, həm ata olub.

Rəşid həm də Əsgərliyinə, Şəhidliyinə qədər anası və bacısı ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda-kirayələrdə yaşayıb.

Anası və bacısı hələ də Bakıda, Nərimanov rayonunda çox darısqal və şəraitsiz bir evdə kirayə yaşamaqda davam etməkdədir.

Şəhid ailəsi evlə, mənzillə təmin olunacağı günü səbrsizliklə gözləyir.

Həmçinin, Şəhidin bacısı bu yaxnlarda İqtisadiyyat Kollecinə daxil olub.

***

Bu gün Cənnətdəki ilk ad günü ilə bağlı Rəşid Həmidovun Siyəzən qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarət bu gün səhər saatlarında başlayacaq və bir saata yaxın çəkəcək.

Ziyarətdə Şəhidin anası və bacısı, yaxınları, bəzi Şəhid ailələri iştirak edəcəklər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra, saat 16:00 radələrində Bakıdakı restoranlardan birində Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı mərasim keçiriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni oxunacaq və çıxışlar ediləcək.

Sonda isə Şəhidin adına ehsan veriləcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun-Şəhidimizin!

Allah ailəsinə-anasına və tək bacısına səbr və dözüm versin!

00:02

***

Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün səhər saatlarında Rəşid Həmidovun Siyəzən rayon qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin anası və bacısı, qohumları, Şəhid ailələri və digərləri iştirak ediblər.

Onlar Şəhidin məzarı üzərinə gül dəstələrini düzüb, ruhuna dualar ediblər.

Ziyarətdən sonra, saat 16:00-da Bakıdakı restoranlardan birində isə Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı mərasim keçirilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib və çıxışlar edilib.

19:50

***

FOTOLAR:

https://www.facebook.com/100005150613564/videos/pcb.1876638509184485/1506465633033900

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Şəhid qardaşlar: Ali təhsilli, subay- 27 YAŞI TAMAM OLAN İSLAM ƏHMƏDOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNDİ…-FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

“Bu, elə onlar üzərində də zəfər və üstünlük idi…”-MİLLƏT VƏKİLİ “ƏSRİN MÜQAVİLƏSİ”NİN 27 İLLİYİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir