Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Elyaz Vəli oğlu Qarayevin Anım Günüdür.
Bu gün Elyaz Qarayevin Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Etikxeber.az xəbər verir ki, Elyaz Qarayev 1998-ci ilin oktyabrın 20-də Bərdə rayonunun Dəymədağlı kəndində dünyaya gəlib…
Ailədə bir bacı, bir qardaş olublar…
Atalarını illər öncə, Elyaz 13 yaşında olarkən itiriblər…
Anaları Xanım Qarayeva onlara həm analıq, həm də atalıq edib…
Bacısı bir neçə il öncə ailə həyatı qurub, 3 övlad anasıdır…
Elyaz isə subay olub…
Orta məktəbi bitirdikdən sonra öncə Ağcabədi, sonra Beyləqan istiqamətində hərbi xidmətdə qulluq edib…
Hərbi xidməti başa vurduqdan sonra evinə qayıdıb, fəhləliklə məşğul olub…
Şəhidliyindən cəmi 6 ay öncə isə rayonda Su İdarəsində işə düzəlibmiş…
İkinci Vətən Müharibəsi başlayandan bir gün sonra isə səfərbərliyə cəlb olunub, bir ay Füzuli, Xocavənd, Qubadlı istiqamətlərində döyüşüb…
Qubadlının azad olunmasından, eyni zamanda, 22 yaşının tamamından cəmi bir həftə sonra, oktyabrın 27-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…
Nəşi bir gün sonra doğulub boya-başa çatdığı Dəymədağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”. “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





