Evin-ailənin tək və subay oğlu, anasını cəmi 9 yaşında itirən-QARASUÇULU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ LƏTİF MƏMMƏDOV… – FOTOLAR

Lətif Faiq oğlu Məmmədov…

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Nur üzlü İkinci Qarabağ Savaşı, Zəfər, Qələbə Şəhidi…

Lətif Məmmədov 1998-ci ilin 26 avqust tarixində Goranboy rayonunun Qarasuçu kəndində dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Cəmi 9 yaşında (bacısı isə cəmi 6 yaşında) analarını itiriblər…

Anaları Sevinc xanım cəmi 30 yaşında, gənc və cavan yaşlarında dünyasını dəyişib…

Bir müddət sonra isə onlara Mingəçevirli, atalarının ikinci həyat yoldaşı Rəsmiyyə xanım analıq edib…

Onları öz övladı kimi sevib, əzizləyib, böyüdüb…

Lətif orta məktəbi bitirdikdən sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini bitirdikdən sonra-evinə, ailəsinə dönüb…

İkinci Vətən Müharibəsi zamanı isə Vətənin müdafiəsinə, döyüşlərə atılıb…

Və döyüşlərin ilk günlərində, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 3 gün sonra, oktyabr ayının 2-də Qarasuçu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla təltif olunub…

O, Qarasuçunun üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

22 yaşında Şəhidlik məqamına ucalan Lətif həm də subay olub…

Tək bacısı isə hazırda ailəlidir…

***

27 iyun tarixində Qarasuçulu İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Həsrətovun Anım Günündə məzarını ziyarət zamanı Rəsmiyyə xanımla tanış oldum…

Lətifin məzarı başında onunla söhbətləşdim, dərdləşdim…

Ona, Şəhidimizin atası və tək bacısına Allahdan səbr dilədim, “Şəhidimizin məqamı Uca olsun!”-dedim…

Gözlərindən, çöhrəsindən qəm, kədər yağan Rəsmiyyə xanım “Mən o ocağa gələndə Lətif 9, bacısı isə cəmi 6 yaşında idilər…Onları doğma övladlarım kimi sevdim, böyütdüm…Məni də çox sevir, çox isəyirdilər…Hər ikisi də çox mehriban idi…Çox təəssüf ki, Lətifin taleyi belə gətirdi, ömrü qısa, yarımçıq oldu, bu həyata doymadan getdi (səsi titrəyir)…Nə deyim…”-deyə, bildirdi…

Və bir anlıq sükut yarandı…

Heç nə deyə bilmədim…

Və sadəcə, Rəsmiyyə xanıma, Şəhidimizin doğmalarına bir daha Böyük Yaradandan dözüm dilədim!

Ruhu şad olsun-Şəhidimizin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əslən Samuxlu, özü isə Gəncəli olan-ailənin iki və subay övladından biri, NƏŞİ 8 AYDAN SONRA TAPILAN VƏ ƏBƏDİYYƏTƏ UĞURLANAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN YUSUBOV… – FOTOLAR

Read Next

Azərbaycanda Qurban bayramı-QEYD OLUNUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir