Evin-ailənin tək və subay oğlu, beş medal və bir ordenli, Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Fuad Xankişiyevin-BU GÜN 28 YAŞI TAMAM OLUR…

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fuad Şöhrət oğlu Xankişiyevin doğum günüdür.

Bu gün Fuad Xankişiyevin 28 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki,Fuad Xankişiyev 1996-cı ilin aprelin 12-də Mingəçevir şəhərində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin tək oğlu olub.

Hazırda bacıları ailəlidir.

Fitri istedadı ilə seçilən Fuad həm idmançı, həm də rəssam-dizayner olub.

O, İkinci Vətən Müharibəsi zamanı Füzulidən Daşlatı-Çanaqçıycan uzun döyüş yolu keçib.

Noyabrın 3-də ağır döyüşlərin birində qəhrəmancasına Şəhid olan Fuad Xankişiyevin  nəşi 3 gün sonra, noyabrın 6-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra 5 medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda Mingəçevir şəhərində adını daşıyan küçə var.

Fuad həm də subay olub.

Şəhidliyindən iki il sonra, 2022-ci ilin may ayının 27-də atası Şöhrət Xankişiyev dünyasını dəyişib.

Eyni zamanda, bugünlərdə dünyaya gələn bacısı oğluna Onun-Fuadxan adı verilib.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Şahdağa yenə qar yağdı-FAKTİKİ HAVA AÇIQLANDI

Read Next

Ordumuzun mövqeləri yenidən atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir