Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Suraxanı rayonunun (həm də Cəbrayıl rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Azər oğlu Əsədovun doğum günüdür.
Səbuhi Əsədovun bu gün 25 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bülbülə qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq.
Ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.
Məzarını ziyarətdən sonra isə “Elçin” şadlıq sarayında Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənəcək, ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar olunacaq.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclidə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, Suraxanı rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri və digərləri iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıl rayonunun Hasanlı kəndindən olan Səbuhi Əsədov 1999-cu ilin yanvar ayının 19-da Bakı şəhərində, Suraxanı rayonunda dünyaya gəlib.
Ailənin dörd övladından biri, üç bacının tək və subay qardaşı olub.
2005-2016-cı illərdə Suraxanı rayonunda yerləşən 85 saylı orta məktəbdə oxuyub.
2019-cu ilin iyulunda isə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Oktyabr ayının əvvəllərində Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi Bülbülə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medal və 1 ordenlə təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




