Evin-ailənin tək və subay oğlu-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RUSLAN CƏFƏRLİNİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR…

Mingəçevir şəhərinin (əslən Yardımlılı) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Nəcəf oğlu Cəfərlinin Anım Günüdür.

Ruslan Cəfərlinin bu gün Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Etikxeber.az xəbər verir ki, əslən Yardımlı rayonundan olan Ruslan Nəcəf oğlu Cəfərli 1995-ci ilin may ayının 25-də Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Bacısı Günay xanım hazırda üç övlad anasıdır və ötən ilin aprel ayının 25-də dünyaya gələn sonuncü, üçüncü övladına qardaşının-Rusalanın adını verib.

2001-2012-ci illərdə Mingəçevir şəhərində orta təhsil alıb.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra Əsgərlikdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərliyini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışıb.

İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.

Oktyabr ayında isə Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini tapmaq mümkün olmayıb.

Yalınız noyabr ayında nəşi əldə edilib və noyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif edilib.

Valideynləri isə övladlarının adının, xatirəsinin əbədiləşdirilməsini və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Ruslan həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-ƏLİ MƏMMƏDZADƏNİN ANIM GÜNÜNDƏ MƏCLİS DÜZƏNLƏNDİ, ADINA EHSAN VERİLDİ, AİLƏSİNƏ XALÇA HƏDİYYƏ OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar-TƏSDİQ OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir