Evin-ailənin tək və subay oğlu, Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenli, Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi Emil Sadıqzadə-ANIM GÜNÜNDƏ HƏM ONUN, HƏM DƏ ANTİTERROR ŞƏHİDİ FİZULİ MƏMMƏDVUN MƏZARI ZİYARƏT OLUNDU, EYNİ ZAMANDA, EMİL SADIQZADƏNİN ATA OCAĞINDA ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin üç övladından biri, evin tək və subay oğlu, kollec təhsilli, bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Ordusunun-Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri Emil Əziz oğlu Sadıqzadənin Anım Günü ilə bağlı bu gün-16 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Qovlarsarı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Şəhidin məzarını ziyarətdə ailə üzvləri, doğmaları, Samux və Gəncəli Şəhid ailələri, müəllim və şagirdlər, Samux rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Emil Sadıqzadənin məzarını təxminən 40 dəqiqə çəkən ziyatərdən sonra Şəhid ailələri Qovlarsarılı Antiterror Şəhidi, ali təhsilli, peşəkar hərbçi, iki övlad atası Fizuli Bəhruz oğlu Məmmədovun məzarını ziyarət edib, ailəsinə səbr və dözüm diləyiblər.

Etikxeber.az xəbər verir ki, Emil Sadıqzadənin məzarını ziyarətdən sonra isə ata ocağında Anım Günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi təşkil olunub.

Bir daha Şəhidin ruhuna dualar edilib.

Həm məzarı başında, həm də Şəhidin ata ocağında xatirə fotoları çəkdirilib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İmişlili İkinci Vətən Müharibəsi Şəhidi Eldəniz Hüseynovun anası dövlət başçısına müraciət etdi: “İSTƏYİRƏM Kİ, ŞƏHİD ƏMİSİNİN AD VƏ SOYADINI DAŞIYAN ŞƏHİD OĞLUM ÖLKƏMİZİN ƏN ALİ ORDENLƏRİNDƏN BİRİ İLƏ TƏLTİF OLUNSUN”

Read Next

Bu gün Cənnətdəki dördüncü doğum günü, 33 yaşı tamam olan-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI, BEŞ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELYAR ARİF OĞLU VƏLİYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir