Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonundan olan daha bir İkinci Vətən Müharibəsi Şəhidi-Göylərli Şahmurad Natiq oğlu İsgəndərovun bu gün doğum günüdür.
Bu gün Şahmurad İsgəndərovun 27 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
2020-ci ilin noyabr ayının 17-də Göylər kənd qəbiristanlığında Əbədiyyətə uğurlanan Şahmurad İsgəndərovun Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq, “Quran” oxunacaq.
Qısa çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.
Məzarını ziyarətdən sonra isə Şəhidin Göylər kəndindəki ata ocağında Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar ediləcək.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, Şamaxıdan olan Şəhid ailələri, məktəblilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, Şahmurad İsgəndərov 1996-cı ilin dekabr ayının 17-də Şamaxı rayonunun Göylər kəndində dünyaya gəlib.
Ailənin üç oğlan övladından biri və nişanlı olub.
O, 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə-birinci sinfə gedib.
Məktəb illərindən idmana marağı olan Şahmurad güləş dərnəyinə yazılıb, rayon və respublika səviyyəli yarışlarda fərqlənib.
9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Dövlət Regional (Humanitar) Kollecinin fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olub və oranı 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə bitirib.





Elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Həqiq hərbi xidmətdə olduğu dövrdə fərqləndiyi üçün Şahmuradın valideynlərinə təşəkkürnamə göndərilib.
Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasında bir aylıq kurslarda iştirak edib, yenidən Azərbaycana dönüb və ixtisasına uyğun özəl peşə fəaliyyəti ilə məşğul olub.
İkinci Vətən Müharibəsinin ilk günlərindən Tərtər-Ağdərə Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib.
Ağdərə istiqamətində gedən döyüşlər zamanı-16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb, noyabrın 17-də Şəhadətə qovuşub.
Nəşi Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn edilib.
Şəhidliyindən sonra medallarla təltif edilib.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





