Evin-ailənin üç övladından biri, subay, ali təhsilli-ŞƏHİD ZİYADXAN ƏLİYEV – 26 YAŞININ TAMAMINDA, CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün həm Kürdəmir, həm də Cəbrayıl rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ziyadxan İbrahim oğlu Əliyevin ad günüdür.

Ziyadxan Əliyevin bu gün 26 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıllı olan Ziyadxan Əliyev 1997-ci ildə Kürdəmirin Carlı kəndində dünyaya gəlib.

Ailənin 3 övladından- 2 qardaşdan biri olub.

Orta məktəbi başa vurduqdan sonra ali təhsilə yiyələnib, Azərbaycan Texniki Universitetini bitirib.

2018-ci ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə getməli olsa da, səhhəti ilə bağlı Əsgərliyində bir qədər gecikmə yaranıb.

Və bir il gec, 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb, bir ilinin tamamına, hərbi xidmətini başa vurmasına bir ay qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və müharibənin ilk ilk anlarından döyüşlərə atılıb.

Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və Suqovuşan uğrunda ağır döyüşlərdən birində, oktyabrın 1-də qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib.

Ailəsi ilə də axırıncı dəfə elə Şəhid olduğu gün, səhər tezdən 4-ə işləmiş, əvvəl atası İbrahim kişi ilə, sonra anası Müşgünaz xanımla danışıb…

Okytabrın 1-də, günorta saatlarında da ailəsinə Şəhidliyi xəbər verilib və axşam saatlarında nəşi Kürdəmirə, yeni köçdükləri evə, məcburi köçkünlər üçün salınmış binaya gətirilib.

Oktyabrın 2-də isə nəşi Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və ötən ilin 5 noyabr tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

***

Bu gün səhər saatlarında Şəhidin Kürdəmir rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Qarlı-şaxtalı havada məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarı başında qısa çıxışlar olunub.

Şəhidin İgidliyindən, Qəhrəmanlığından danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü, 26 yaşı təbrik olunub.

Sonra qaçqınlar şəhərciyində yerləşən mərasim evində Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfəsi açılıb.

Bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

12:57

***

FOTOLAR:

14:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yollar buz bağlayacaq-SABAH

Read Next

Daha 80 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir