Evin-ailənin tək, subay, ali təhsilli oğlu-NİCAT ŞÜKÜRLÜNÜN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 11 AY ÖTÜR…-FOTOLAR

Bu gün, 12 sentyabr tarixində Bakının, Səbail rayonunun, Bayıl qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nicat Ayaz oğlu Şükürlünün torpağa tapşırılmasından 11 ay keçir.

Etikxeber.az-ın xəbərinə görə, evin-ailənin tək və subay oğlu olan Nicat Şükürlü 1991-ci ilin 23 oktyabr tarixində Bakıda, Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub.

1998-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən 49 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 2009-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan bir müddət sonra, yəni,  2014-cü ildə Bakı Slavyan Universitetinin (BSU) Əlavə təhsil və qiyabi şöbəsinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub və 2019-cu ildə bu ixtisası bitirib.

2020-ci ilin oktyabr ayının 2-də könüllü olaraq ordu sıralarına yazılıb, İkinci Vətən Müharibəsinə, döyüşlərə atılıb.

Füzuli, Xocavənd  Hadrut istiqamətində döyüşlərdə iştirak edib, döyüşüb, vuruşub, igidliklər göstərib.

Və oktyabrın 11-ində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib.

 Nəşi bir gün sonra, ayın 12-sində Səbail rayonunun Badamdar qəsəbəsindəki qəbiristanlıqda, Şəhidlər məzarlığında dəfn olunub.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir neçə ay öncə isə oxuduğu 49 saylı məktəbdə Şəhidimizin büstü ucaldılıb.

Bu yerdə qeyd edək ki, Nicat Şükürlü Bayıl qəsəbəsinin digər Şəhidlərindən olan Cəmil Məmmədli ilə eyni küçədə, Buxta küçəsində yaşayıblar.

Məkanı cənnətlik, məzarı behiştlik olsun, qəbri nurla dolsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr, dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

3 qardaşdan biri…İki övlad atası…Gizir, “Qarabağ” ordenli, nəşi 13 gündən sonra əldə edilən Şəhid-ASƏF ƏSGƏROVUN İLİNƏ CƏMİ BİR AY QALDI… – FOTOLAR

Read Next

“TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm”-RAMİN BAYRAMLIDAN İSTEFA ƏRİZƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir