Evin-ailənin tək və subay oğlu-ŞƏHİD BƏXTİYAR ASLANOVUN ANIM GÜNÜDÜR, BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…

Bu gün Naftalan şəhərinin (həm də Şuşa şəhəri və Goranboy rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bəxtiyar İlqar oğlu Aslanovun Anım Günüdür.

Bəxtiyar Aslanovun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından iki il ötür.

Etikxeber.az-ın xəbərinə görə, anası Şuşalı, atası Goranboylu olan Bəxtiyar Aslanov 1998-ci ilin dekabr ayının 28-də Naftalan şəhərində dünyaya gəlib.

Evin-ailənin iki övladından biri, tək oğlu olub.

Bəxtiyar Aslanov İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub.

Ancaq müharibənin elə ilk günlərindən ondan xəbər almaq mümkün olmayıb.

Axırıncı dəfə anası-musiqi müəllimi Tünzalə Zöhrabova ilə danışıb, ondan sonra-sentyabrın sonlarından Bəxtiyar Aslanovdan heç bir xəbər çıxmayıb.

Şəhidliyi yalnız dörd ay yarım sonra təsdiqlənib və nəşi 2021-ci ilin 13 fevral tarixində, səhər saatlarında doğulub boya-başa çatdığı Naftalana şəhərinə gətirilib.

Ancaq anasının arzusu ilə nəşi Naftalanda deyil, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Bəxtiyar həm də subay olub.

Məqamı Uca, məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qubada “Sağlam Gənclik, Sağlam Gələcək!” adlı layihə çərçivəsində keçirilən-FUTBOL TURNİRİ – FOTOLAR

Read Next

Ailənin üç övladından, iki ali təhsilli hərbçi qardaşdan biri, bir övladı Vətənə əmanət qalan, dayısı Birinci Qarabağ Savaşının Şəhidi olan-TOVUZLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VASİF NAZİM OĞLU HEYDƏROV… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir