Evin-ailənin tək və subay övladı-ŞƏHİD YUSİF BUDAQOVUN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT EDİLDİ, BARALYEFİNİN AÇILIŞI OLDU, KEÇDİYİ QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün, 27 oktyabr tarixində Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı Yusif Ramiq oğlu Budaqovun anım mərasimi keçiriləcək.

Anım mərasimindən öncə Şəhidin Badamdar qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarətdən sonra Şəhidin anasının kirayə yaşadığı mənzilin (evin) yerləşdiyi küçədə Xatirə lövhəsinin açılışı olacaq.

Açılışdan sonra isə Anım mərasimi başlayacaq.

Etikxeber.az xəbər verir ki, Yusif Budaqov 1997-ci ilin 11 oktyabrında Bakı şəhərində dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb…

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə isə təlimə və səfərbərliyə cəlb olunub…

Müharibə başlayan kimi də, döyüşlərdə iştirak edib…

23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib…

Doğum günündən bir neçə gün sonra isə Yusifdən xəbər almaq mümkün olmayıb…

Və Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayında) həlak olan Şəhidimizin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, iki medalla təltif olunub…

Qeyd etdiyimiz kimi, Yusif ailənin tək-yeganə övladı olub…

Atasını da Şəhidliyindən az öncə itirib…

Hazırda anası Lətafət xanım kirayədə və tək-tənha yaşayır…

***

***

Qeyd edildiyi kimi, anım mərasimindən öncə, yəni, bu gün səhər saat 10:30 radələrində Yusif Budaqovun məzarı ziyarət olunacaq.

Ziyatətə Şəhidin anası, yaxınları, Bakının Səbail rayonundan, başqa bölgələrdən olan Şəhid ailələri, məktəblilər, Səbail rayon rəhbərliyi və digər şəxslər qatılacaqlar.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Ziyarətdən sonra baralyefinin açılışı olacaq, ardınca anım mərasimi başlayacaq.

Açılışda və mərasimdə də Şəhidin anası, yaxınları, Şəhid ailələri, Səbail rayon rəhbərliyi, məktəblilər və digər şəxslər iştirak edəcəklər.

Çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

00:00

***

Anım Günü ilə bağlı bu gün səhər saat 10:30 radələrindən Yusif Budaqovun Badamdar qəbiristanlığındakı (Şəhidlər məzarlığındakı) məzarının ziyatəti başlayıb.

Ziyarətdə Şəhidin anası Lətafət xanım, Şəhidin yaxınları, qohumları, Bakının Səbail rayonundan və başqa bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Səbail rayon rəhbərliyi, icra başçısı Vüqar Zeynalov, Səbaili parlamentdə təmsil edən millət vəkili Nigar Arpadarai, məktəblilər və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyatət təxminən bir saat çəkib.

11:50

***

Ziyarətdən sonra Şəhidin anasının yaşadığı evin yerləşdiyi küçədə Yusif Budaqovun baralyefiinin (Xatirə lövhəsinin) açılışı olub.

Açılışda icra başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai və digər şəxslər çıxış ediblər.

Çıxışlar zamanı Şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Bildirilib ki, məhz Yusif kimi Vətən oğullarının İgidliyi, Qəhrəmanlığı və Şəhidliyi sayəsində Azərbaycan torpaqlarının işğalına son qoyulub, tarixi Zəfər və Qələbə əldə edilib.

Buna görə də hər kəs Şəhidlərə borclu və minnətdardır.

Sonra məktəblilərin ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya təqdim olunub.

Açılışdan sonra anım mərasimi başlayıb, Şəhidin adına ehsan süfrəsi açılıb.

Bir daha Yusif Budaqovun və digər Şəhidlərin ruhlarına dualar edilib.

13:55

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

14:05

***

BARALYEFİNİN-XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI, ÇIXIŞLAR, ÜRƏK SÖZLƏRİ…

14:20

***

VƏ ANIM MƏRASİMİ…

DƏRDLİ, YARALI , HƏM DƏ QÜRURLU, DİK DURUŞLU ŞƏHİD ANASI-LƏTAFƏT ANA…

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ, QƏHRƏMAN ANALAR, QƏHRƏMAN AİLƏLƏR…

***

14:35

***

ŞƏHİD ATALARI…ƏLİ VƏ BİLALIN ATASI…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı “Zəfər” altsistemi yaradıldı-FƏRMAN

Read Next

Daha 2300 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir