Evin iki oğlan övladından biri, Tovuz döyüşlərinin Qəhrəmanlarından olan 18 yaşlı Xəyyam Daşdəmirov VƏ YA ŞƏHİD MƏCLİSİNDƏ SƏHHƏTİ PİSLƏŞƏN, XƏSTƏXANAYA YERLƏŞDİRİLƏN DƏRDLİ ŞƏHİD ANASI…-FOTOLAR

İyul-Tovuz döyüşlərinin Qəhrəmanlarından biri də əslən İsmayıllılı Xəyyam Məhəmməd oğlu Daşdəmirovdur…

Balikli Məhəmməd Daşdəmirovun iki övladından, iki oğlundan biri-Əsgər Xəyyam…

Xəyyam 2002-ci ildə, fevral ayının 22-də Balik kəndində dünyaya gəlib…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin aprelində hərbi xiddmətə yollanıb…

Və 2020-ci ilin məlum İyul-Tovuz döyüşlərində, 12 iyul tarixində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

18 yaşlı Xəyyamın nəşi cəmi 1 gün sonra, iyulun 13-də Balik kəndində Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub…

O, həm də subay olub…

Tək qardaşı qalıb və hazırda orta məktəbdə oxuyur…

Dünən, 16 sentyabr tarixində, axşam saatlarında Mingəçvirli Şəhid Təbriz Cüməzadənin valideynləri ilə birlikdə Şəhidin ocağına baş çəkdik, ruhuna dualar etdik…

Nənəsi Mələk xanıma başsağlığı verdik, səbr dilədik, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Anası Vüsalə xanım isə evdə deyildi…

Bir gün öncə İsmayıllılı sentyabr Şəhidlərindən birinin məclisində səhhəti pisləşdiyi üçün İsmayıllı şəhər Xəstəxanasına yerləşdirilməli olub…

Odur ki, Şəhidin ocağını ziyarət etdikdən sonra xəstəxanaya, Şəhid anasına baş çəkdik…

Səhhəti nisbətən düzəlmişdi…

Ancaq çox halsız, çox üzüntülü idi…

Güclə danışırdı…

Şəhid anasına bir daha Allahdan səbr və dözüm, təmkinli olmağı arzuladıq…

Dərdinə, acısına şərik olduğumuzu, üzüntümüzü ifadə etdik…

Söhbətləşdik, dərdləşdik…

Ziyarətimiz təxminən yarım saat çəkdi və sağollaşıb, başqa bir Şəhid ailəsinə, Şəhid məclisinə yollandıq…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu, cəmi 18 yaşlı, 4 medallı və anasını Şəhidliyindən iki ay yarım öncə itirən-VƏTƏN SEVDALISI ŞÖHRƏT İKRAM OĞLU MİKAYILOVUN HƏYAT HEKAYƏSİ…-FOTOLAR

Read Next

İkinci Vətən Müharibəsinin üç Şəhid Adəmindən biri-BUMLU ADƏM İKRAM OĞLU HEYDƏROV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir