Evin tək oğlu, 18 yaşında Şəhid olan, nəşi 32 gündən sonra dəfn edilən-MİQDAD ABDULƏLİMOVUN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB

Bu gün Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Faiq oğlu Abduləlimovun torpağa tapşırıldığı gündür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bu gün Miqdad Abduləlimovun Anım Günüdür.

Etikxeber.az xəbərir ki, evin tək oğlu, ailənin 3 övladından biri Miqdad Abduəlimov 2002-ci ilin martında 23-də Qubada anadan olub.

2019-cu ildə orta məktəbi bitirib və Bakıda İqtisad Kollecinə daxil olub.

2020-ci ilin mayın 4-də hərbi xidmətə yollanıb.

Əsgər kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib.

Və döyüşlərin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Amma nəşi yalnız 32 gündən sonra tapılaraq, Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra iki medalla təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün saat 13:30-da Miqdad Abduəlimovun Quba Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Qubadan və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

Ziyarətdən sonra “Nərgiz-Plaza”da Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Nur içində yatsın, məqamı Uca olsun!

00:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu, nə deməkdir?!”- QƏNİRƏ PAŞAYEVA YENƏ SƏRT DANIŞDI

Read Next

Parlamentdə vəzifədə olanlar ali təhsil müəssisəsində inzibati vəzifə-TUTA BİLMƏYƏCƏKLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir