Evin tək oğlu…21 yaşında Vətən yolunda həlak olan Rəşid Həmidovun-ŞƏHİDLİYİNDƏN 8 AY KEÇİR – FOTOLAR

Bu gün daha bir İgidimizin-əslən Siyəzənli olan İkinci Vətən Müharibəsi iştirakçısı Rəşid Pərviz oğlu Həmidovun Şəhidliyindən, torpağa tapşırılmasından 8 ay keçir.

Etikxeber.az-ın xəbərinə görə, ailədə bir bacı-bir qardaş və evin tək oğlu olan Rəşid Həmidov İkinci Vətən Müharibəsi zamanı Murov istiqamətində döyüşlərdə qəhrəmancasına həlak-Şəhid olub.

1999-cü ilin sentyabrın 19-da Siyəzəndə sadə bir ailədə olan Rəşid  2007-ci ildən 2016-cı ilədək orta məktəbdə təhsil alıb.

Sonra Peşə liseyində təhsilini davam etdirib.

Peşə liseyini bitirdikdən sonra, 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində qulluq edib və bir il üç ayın Əsgəri kimi, 2020-ci ilin oktyabrın 6-sından 7-sinə keçən gecə, ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 7-də doğulduğu Siyəzən rayonuna gətirilərək, torpağa tapşırılıb.

Şəhidimiz ölümündən sonra ”Vətən uğrunda” ”Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Coğrafiya İnstitutunun direktoru 71 yaşında -VƏFAT ETDİ…

Read Next

Bayramovla Çavuşoğlu arasında növbəti telefon danışığı-OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir