Evin tək oğlu…23 yaşı tamam olan subay və iki medallı Şəhid-FARİZ QURBANOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLACAQ…

Sabah, 28 iyun tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində daha bir “Şəhid bulağı”nın açılışı olacaq.

Bu dəfə Qızılhacılının İkinci Vətən Müharibəsində ilk iki Şəhidindən biri-MAXE Fariz Məhəmməd oğlu Qurbanovun adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, 28 iyun tarixi Nur üzlü Şəhidimizin doğum günüdür.

Bu, həm də onun Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

1998-ci ilin iyunun 28-ində Qızılhacılı qəsəbəsində sadə, zəhmətkeş bir ailədə dünyaya gələn Farizin 23 yaşı tamam olur.

Onu da qeyd edək ki, Farizgil ailədə iki uşaq-bir bacı, bir qardaş olublar.

Fariz orta məktəbi qurtardıqdan sonra, 2016-2018-ci illərdə hərbi xidmətdə olub.

İkinci Qarabağ Savaşından az öncə isə yenidən Orduya qayıdıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günündə, sentyabrın 27-sində də döyüşlərə atılıb və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Sentyabrın 28-ində isə nəşi Qızılhacılıya gətirilərək, qəsəbə qəbiristanlığında, Şəhidlər Xiyabanında dəfn olunub.

İyunun 28-ində anadan olan Şəhidimiz sentyabrın 28-ində torpağa tapşırılıb.

Ölümündən sonra iki medalla-“Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

“Şəhid bulağı”nın açılışı isə iyunun 28-ində, saat 10.30-11:00 radələrində başlayacaq.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, qəsəbə sakinləri, rayonun məsul şəxsləri, məktəblilər iştirak edəcəklər.

Acılış mərasimi təxminən bir saat-bir saat yarım çəkəcək.

Həmçinin qeyd edək ki, Şəhidin ailəsi Qızılhacılının küçələrindən birinə Faiz Qurbanovun adının verilməsi istəyirlər.

Bu, onların ən böyük arzusu və istəyidir.

Və inanmaq istərdik ki, Şəhid ailəsinin bu arzusu gec də olsa, nəzərə alınacaq və reallaşacaq.

Allah Şəhidimizin məkanını cənnətlik, məzarını behiştlik etsin, acılı, kədərli ailəsinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan üçün dərs olmalıdır: Onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi…”-İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdü-NİTQ SÖYLƏDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Düşmən də, havadarları da bir məsələni qəti unutmasın: Ali Baş Komandanın dediyi kimi, “Dəmir Yumruq” yerindədir və istənilən an onların başına endirilə bilər”-ELDƏNİZ SƏLİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir