Evin tək oğlu…3 bacının tək qardaşı…Ailə qursa da, övlad üzünə, “ata” sözünə həsrət qalan-ŞUŞA – VƏTƏN SEVDALISI ƏZƏMİ HÜSEYNOVUN ANASI VƏ HƏYAT YOLDAŞININ CANI KİRAYƏDƏN QURTARACAQMI? – FOTOLAR

4 gün öncə, iyunun 16-sında Mingəçevirdə Şəhid ailələrini növbəti ziyarətim zamanı üçüncü və sonuncü üz tutduğum ünvan əslən Şuşalı, özü isə Mingəçevir doğumlu İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək oğlan övladı, 3 bacının tək qardaşı, ali təhsilli Əzəmi Hüseynovun ailəsi, bacısı Elnarə xanımgil oldu…

Qeyd edim ki, Əzəmi Hüseynov həm Mingəçevirin, həm də Şuşanın İkinci Vətən Müharibəsi Şəhidlərindəndir…

Hərbçi Əzəmi ölümündən, Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Onu da qeyd edim ki, Əzəmi Hüseynov uşaqkən atasını itirib, ona və üç bacısına anaları-Məğrur və Qürurlu, çox Dəyanətli, əsl Azərbaycan-Türk xanımı olan Sayad xanım, Sayad ana həm atalıq, həm analıq edib…

Onları təkbaşına böyüdüb, boya-başa çatdırıb, Vətən üçün xeyirli övladlar kimi yetişdirib…

Əzəmi 2018-ci ilin iyunun 24-ündə ailə qurub Minayə adlı qızla…

Birinci sinifdən 11-ci sinifə kimi bir yerdə oxuyublar, ali təhsillərini də eyni universitetdə alıblar…Və sonra da həyatlarını birləşdiriblər, dünya evinə giriblər…

Ancaq çox təəssüflər olsun ki, Şəhidimizin övladı dünyaya gəlməyib…”Ata” sözünü deyə bilməyən Şəhidimiz “ata” sözünü də eşitməyib…

…Və elə bu sevdanın, Minayə-Əli sevdasının, sevgisinin nəticəsidir ki, Şəhidin xanımı Əzəminin ailəsindən, anasından ayrı yaşamaq istəmir, bunu xəyalına belə gətirmir…

…Və Şəhid xanımı Şəhid anası ilə birlikdə kirayə evdə yaşayır…

…Və yenə çox təəssüflər olsun ki, nə Mingəçevir Şəhər İcra Hakimiyyəti, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Şuşa Şəhər İcra Hakimiyyəti bu ailənin ev-mənzil problemi ilə maraqlanır…

Əslində isə Şuşa şəhər rəhbərliyi və Şuşa şəhər İcra Hakimiyyəti daha çox bu ailə, Şəhid Əzəminin ailəsi, mənzil problemi ilə maraqlanmalıydı və maraqlanmalıdır…Yenə və hələ də gec deyil...

Yaşlı, səhhətində xeyli problemləri olan Şəhid anası və cəmi 3 ilin gəlini olmuş Şəhid xanımı hələ də kirayədə ömür çürüdür…

Şəhidin anası, həm də bacısı Elnarə xanım (eləcə də, Şəhidin digər iki bacısı) Şəhid ailəsinin nəhayət, ev, mənzil probleminin həll olunmasını istəyir və xahiş edirlər…

Bildirirlər ki, çox deyil, bir otaqlı evlə, məzillə təmin olunsalar, yenə də qanedirlər, razıdırlar…Təki, canları kirayədən, kirayə pulu ödəməkdən qurtulsun…

Şəhid ailəsi həm də Şəhidin adının, xatirəsinin əbədiləşdirilməsini, Mingəçevirin və Şuşanın küçələrindən birinə onun adını verilməsini istəyirlər…

Haqlarıdır, haqlıdırlar…Və Haqq etdiklərini də almalıdırlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bir daha müdrikliklərini nümayiş etdirdilər, birlikdə növbəti Zəfər yazdılar”-ELDAR İBRAHİMOV YAZIR

Read Next

“İstərdim ki, oğlumun hərb-döyüş yolu nəzərə alınsın, “Qarabağ” və ya “Zəfər ordenlərindən biri ilə təltif olunsun…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİDİ VÜSAL NAĞIYEVİN ATASI ƏMİRASTAN NAĞIYEV ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir