Evin tək oğlu..3 övlad atası…32 yaşında Şəhid olan Nofəl Nuriyevin torpağa tapşırılmasından-8 AY KEÇİR…

Bu gün, iyunun 10-unda Goranboyun, Qəhrəman Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin torpağa tapşırılmasından 8 ay keçir.

Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 2020-ci ilin sentyabrın 29-da, axşam saatlarında Ağdərə-Suqovuşan istiqamətində, “Qaranlıq meşə” deyilən yerdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

1988-ci ilin yanvar ayının 9-da Qızılhacılıda sadə bir ailədə dünyaya gələn Nofəl bir bacı, bir qardaş olublar.

2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.

Evin tək oğlu olan Şəhidimizin Güllü, Ayşə və Ali adlı övladları var.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev 2020-ci ilin sentyabrın 29-unda Şəhid olsa da, bir müddət onun nəşini neytral ərazidən götürmək mümkün olmayıb.

Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub və Şəhidimiz elə həmin gün Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, İkinci Vətən Müharibəsi zamanı Nofəlin xalası oğlu İlkin Vəliyev də Şəhid olub.

İlkin Nofəldən 16 gün sonra, oktyabrın 26-sında torpağa tapşırılıb.

Anasını çox vaxtsız itirən İlkin subay olub.

Allah hər iki Şəhidimizə rəhmət etsin, məkanları cənnətlik olsun, nur içində yatsınlar!

Ruhları qarşısında ehtiramla baş əyirəm, baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Rəşid döyüş yoldaşlarına deyib ki, 20 saatdan sonra Şəhid olacağam və…”-12 İLDİR KİRAYƏDƏ YAŞAYAN, ÖVLADLARINA HƏM ANALIQ, HƏM DƏ ATALIQ EDƏN ŞƏHİD ANASI TƏNZİLƏ HƏMİDOVA – ŞƏHİD AİLƏSİNİN CANI KİRAYƏDƏN QURTULACAQMI? – FOTOLAR

Read Next

“Azərbaycan-Türkiyə birliyi, qardaşlığı daim zəfər çalacaq, kimsə birliyimizi, həmrəylimizi poza, sarsıda bilməyəcək”-MM-İN KOMİTƏ SƏDRİ ƏRDOĞANIN AZƏRBAYCANA, ŞUŞAYA GÖZLƏNİLƏN SƏFƏRİNDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir