Evin tək oğlu, bir qızı Vətənə əmanət qalan, 5 medallı-PƏRHLİ QƏRİBOVUN ANIM GÜNÜ – MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT-DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pəhli Xaləddin oğlu Qəribovun Anım Günüdür.

Bu gün Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bir il öncə-bu gün, 11 noyabr tarixində nəşi Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, Pəhli Qəribov 1993-cü ilin 17 sentyabr tarixində sadə bir ailədə dünyaya gəlib.

Ailədə bir bacı, bir qardaş olublar.

2012-ci ildə Naxçıvanda müddətli həqiqi hərbi xidmətini kəşfiyyatçı kimi başa vurub.

O, digər Vətən sevdalıları kimi, İkinci Vətən Müharibəsi başlanan gündən də döyüşlərdə olub.

Döyüş yolu da uzun və şərəfli olub.

Füzuli, Cəbrayıl, Xocavənddən Şuşayacan döyüş yolub keçib.

Və Şuşa işğaldan azad edilən gün Şuşa-Daşaltı istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Və nəşi 3 gün sonra, Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”“Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Pəhli həm də ailəli olub.

Nərmin adlı bir qız övladı ailəsinə, Vətəninə əmanət qalıb.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidlər Xiyabanında Pəhli Qəribovun məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Kürdəmirdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Kürdəmir rayon rəhbərliyi və digər şəxslər iştirak edəcəklər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq, çıxışlar olunacaq.

Ziyarətdən sonra Şəhidin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

08:17

***

Şəhidin səhər saatlarından başlayan məzarının ziyarəti iki saata yaxın davam edib.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidə həsr olunmuş şeirlər səsləndirilib.

Ziyarət zamanı həmçinin çıxışlar edilib, Şəhid Pəhli Qəribov da daxil olmaqla, cəmi Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından, onların İkinci Vətən Müharibəsindən xidmətlərindən bəhs olunub.

Kürdəmir İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağəli Kərimoli çıxışında öncə Şəhidin ailəsinə başsağlığı verib, onlara Allahdan səbr diləyib.

Qeyd edib ki, Qələbə və Zəfərimiz tariximizi məhz Şəhidlərimiz yazdılar.

İkinci Vətən Müharibəsinin cəmi 44 gündə Qələbə və Zəfərlə başa vurulmasına görə, hər kəs Şəhidlərə minnətdar və borcludur.

O, eyni zamanda bildirib ki, Azərbaycan xalqı, Kürdəmir camaatı Pəhli Qəribov da daxil olmaqla, bütün Şəhidlərilə fəxr edir və daim fəxr edəcək.

Şəhidlər bizim Qürur mənbəyimiz, İftixarımız, Baş tacımız, And yerimizdirlər.

12:25

***

İki saata yaxın davam edən ziyarətdən Şəhidin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan verilib.

Anım mərasimində bir daha Şəhidin ruhuna dualar edilib.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

12:58

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ:

ŞƏHİD ANASI…ROZA ANA…QƏHRƏMAN ANA…

DƏRD VƏ QÜRUR ORTAQLARI…ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR, CƏNNƏT ANALAR…

***

ŞƏHİDİN EV-MUZEYİ…CANLI MUZEY… DİL AÇIB DANIŞAN FOTOLAR… VƏ SÖZÜN BİTDİYİ YER!

MƏĞRUR, DİK DURUŞLU ŞƏHİD ANASI…

13:05

***

ŞƏHİD ANASI VƏ HƏLƏ DƏ PƏHLİNİN YOLUNU GÖZLƏYƏN HƏYAT YOLDAŞI…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”-MM-İN KOMİTƏ SƏDRİ – ZAHİD ORUC, QÜDRƏT HƏSƏNQULİYEV VƏ RAZİ NURULLAYEVDƏN MARAQLI TƏKLİFLƏR – YENİLƏNİB – (1)

Read Next

Birinci Qarabağ Savaşı Şəhidləri: 4 qohum-SEHRAN, SƏRDAR, TEYMUR VƏ NAZİM…UNUDULAN ŞƏHİDLƏR…ONLARI UNUTMAĞA HAQQIMIZ VARMI? ONLARIN DA HAQQI TANINACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir