Evin tək və subay oğlu-CƏMİL MƏMMƏDLİNİN ŞƏHİDLİYİNDƏN 8 AY KEÇİR – AİLƏSİ ŞƏHİDİN MƏZARINI ZİYARƏT ETDİ…

Bu gün İkinci Vətən Müharibəsinin iştirakçılarından olan Cəmil Habil oğlu Məmmədlınin Şəhidliyindən, torpağa tapşırılmasından 8 ay keçir.

Etikxeber.az-ın xəbərinə görə,əslən İsmayıllıdan olan, özü isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan Cəmil Məmmədli düz 8 ay öncə, 2020-ci ilin okyabrın 14-ündən 15-inə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi elə həmin gün İsmayıllı rayonuna gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 28 iyul 1999-cu il təvəllüdlü və evin tək oğlu olan Cəmil Məmmədli ali təhsilli olub.

2020-ci ilin iyulunda ali təhsilini başa vuran kimi hərbi xidmətə yollanıb, Əsgər olaraq İkinci Vətən Müharibəsində iştirak edib və Vətən yolunda Şəhid olub.

Cəmil Məmmədli ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub.

Cəmil Məmmədli həm də ailədə bir bacı-bir qardaş və subay olub.

Qeyd edək ki, hər ayın 15-ində olduğu kimi, bu gün, iyunun 15-ində də Şəhidin ailə üzvləri səhər tezdən İsmayıllı Şəhidlər Xiyabanına gələrək, Cəmil Məmmədlinin məzarına baş çəkiblər.

Ailə üzvləri Şəhidin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Nur içində yatsın. məkanı cənnətlik olsun-Şəhidimizin!

Allah ailəsinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Macarıstan-Portuqaliya, Fransa-Almaniya – AVRO-2020-NİN BİRİNCİ TURUNUN SON OYUNLARI KEÇİRİLƏCƏK…

Read Next

3 medallı, iki övlad atası, Baş leytenant-kəşfiyyatçı Şəhid Ramil Babayevin adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir