Evin tək-yeganə övladı, atasını bir neçə il öncə itirmiş, 22 yaşında Şəhid olmuş Elmar İbrahimovun-ANIM GÜNÜDÜR…-FOTO-VİDEO – YENİLƏNİB – (1)

Bu gün, 16 oktyabr tarixi Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elmar İbrahimovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından düz bir il ötür.

Bir il öncə, 16 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Etikxeber.az xəbəır verir ki, 1998-ci ilin sentyabr ayının 2-də dünyaya gələn Elmar İbrahimov 2020-ci ilin okyabr ayının 6-da Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Amma nəşini 10 gün sonra, oktyabrın 16-da tapmaq mümkün olub və nəşi elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Elmar həm də evin tək-yeganə övladı olub.

Atasını da bir neçə il öncə itirib.

Hazırda anası Ümmü xanım tək-təhna, kimsəsiz yaşayır.

Anım Günü ilə bağlı bu gün Elmar İbrahimovun məzarı ziyarət olunacaq.

Ziyarətdən sonra isə anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

00:01

***

FOTOLAR:

Nur içində yatsın!

20:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, subay, iki medallı-ŞƏHİD ƏRƏSTUN XIDIROVUN ANIM GÜNÜ…- FOTOLAR

Read Next

Jalə Əliyeva-ŞƏHİD NİFTALI MEHDİLİNİN ANIM GÜNÜNDƏ İŞTİRAK VƏ MƏZARINI ZİYARƏT ETDİ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir