Evin tək oğlu, 4 bacının tək-subay qardaşı-ŞƏHİD ƏLİ MƏMMƏDOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR

Bu gün, mayın 28-ində Kürdəmir rayonunun Atakişili kəndində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü-kəşfiyyatçı, adı dillər əzbəri olan-İkinci Vətən Müharibəsinin Qəhrəmanı və Şəhidi Əli Əvəz oğlu Məmmədovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Etikxeber.az-n xəbərinə görə, evin tək oğlu və 4 bacının yeganə qardaşı olan Əli Məmmədov 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik Məqamına ucalıb.

İgidimizin nəşi səhərisi gün, noyabrın 5-də öz doğma kəndlərinə gətirilərək, torpağa tapşırılıb.

Qeyd edək ki, Şəhidimiz Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Ölümündən sonra Şəhidimizin İgidliyi, Qəhrəmanlığı Ali Baş Komandan tərəfindən də qiymətləndirilib, üç medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

1998-ci ilin sentyabrın ayının 1-də sadə, zəhmətkeş ailədə anadan olan Şəhidimizin adını daşıyan bulağın açılışında isə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri (Cəmil Həşimlinin anası Simuzər xanım, Şəhid Fərrux Hüseynovun valideynləri Səhər xanım və Baxış Hüseynov), Qazilər, Şəhidin döyüş yoldaşları, Kürdəmir ziyalıları, məktəblilər, rayon rəhbərliyi iştirak ediblər.

Mərasim iştirakçıları Şəhidimizin keçdiyi şərəfli və qürurlu döyüş, qısa və mənalı həyat yolundan bəhs edib, onunla fəxr etdiklərini, qürur duyduqlarını bildiriblər, məktəblilər də öz növbəsində Şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Açılış mərasimi təxminən bir saata yaxın davam edib.

Allah Şəhidimizə, 4 bacının tək qardaşı, ailənin tək oğlan övladı olan Əli Məmmədova rəhmət etsin, məkanı nurlu, məqamı Ucalardan uca olsun!

Allah anası Nina xanıma, atası Əvəz kişiyə və 4 bacısına səbrlər versin!

Fəxrimiz, Qürurumuz, İftixarımız, Baş tacımızdır!

Ruhu qarşısında ehtiramla baş əyirik!

Azərbaycan var olduqca, Əli və Əlilər də var olacaqlar, ruhən, mənən yaşayacaqlar!

Ruhu, ruhları şad olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

28.05.2021, Kürdəmir, Atakişili

Etikxeber.az

Read Previous

Ailəsi hələ də kirayədə və şəraitsiz “ev”də yaşayan Adəm Əliyevin ŞƏHİDLİYİNİN 8-Cİ AYI TAMAM OLDU – ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİN İŞTİRAKI İLƏ ŞƏHİDİMİZİN ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR

Read Next

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq-PREZİDENT AĞDAMDA VƏ AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir