“Tarixən torpaqlarımızı itiriə-itirə gəlmişk, amma 44 günlük müharibə və Şəhidlərimizin qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüzü təmin, torpaqlarımızı azad etmişik…”-Məhərrəm Quliyev – Evin tək və nişanlı oğlu, iki medallı, Şəhid ailəsindən olan-ŞƏHİD KƏNAN ƏLƏKBƏRLİNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – YENİLƏNİB – (1)

Bu gün, 11 sentyabr tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kənan Müşfiq oğlu Ələkbərlinin torpağa tapşırılmasından 1 il keçir.

Bu gün Onun Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Kənan Ələkbərli 1996-cı ilin may ayının 15-ində anadan olub.

25 yaşlı Şəhidimiz evin tək oğlu, iki bacının tək qardaşı olub.

Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarındandır.

Əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.

O, 1994-cü ilin qışında Ağdərə (Akop-Kamari) istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Cabbar texnikum təhsilli və subay olub.

Kənan isə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olub.

O, oktyabr ayının 10-unda ağır döyüşlərdən birində Şəhid olub və oktyabrın 11-ində nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra iki medalla təltif olunub.

Kənan nişanlı olub.

Qeyd edək ki, Kənanın yaxın dostu və sinif yoldaşı İlkin Səfail oğlu Vəliyev də İkinci Vətən Müharibəsinin Şəhididir.

İlkin Kənandan 15 gün sonra Şəhidlik Məqamına yüksəlib və torpağa tapşırılıb.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Kənan Ələkbərlinin Qızılhacılı (Balakürd) Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Qızılhacılı Goranboyun bəzi kəndlərindən, Naftalandan, Mingəçevirdən, Bərdədən, Kürdəmirdən, Ağdamdan, Ağcabədidən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər və başqa şəxslər iştirak edəcələr.

Təxminən bir saat davam edəcək ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçiriləcək, ehsan süfrəsi açılacaq.

Nur içində yat, məkanın cənnətlik olsun!

00:00

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarından Kənan Ələkbərlinin ailəsinin, evinin və məzarının ziyarəti başlayıb.

Öncə Mingəçevirli Şəhid anaları Şəhidin evini, ailəsini ziyarət edib, onlara başsağlığı verib, Allahdan səbr diləyiblər.

Sonra, saat 10:00-da Şəhdin məzarının ziyarəti başlayıb.

Ziyarətdə Şəhidin ailə üzvləri, Qızılhacılı qəsəbə sakinləri, Qızılhacılıan və Goranboyun digər kəndlərindən, Mingəçevirdən, Bərdədən, Ağdamdan, Ağcabədidən, Kürdəmirdən, Gəncədən və başqa böplgələrdən Şəhid ailələri, Şəhid anaları, din xadimləri, məktəblilər, Goranboy rayon rəhbərliyi iştirak ediblər.

Şəhidin və digər Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Kənan Ələkbərli və digər Şəhidlərin məzarları üzərinə gül dəstələri düzdükdən sonra çıxış edib, tarixi Qələbə və Zəfərimizə görə, Müzəffər Ali Baş Komandan olmaqla, Şəhidlərə, Qazilərə, Vətən övladlarına borclu olduğumuzu bildirib.

Qeyd edib ki, son bir neçə əsrdə torpaqlarımızı itirə-itirə gəlmişik, ancaq tarixi 44 günlük İkninci Vətən Müharibəsi ilə ərazi bütövlüyümüzü təmin, torpaqlarımızı işğaldan azad etmişik.

“Bəli, məhz Şəhidlərimizin, Kənan kimi oğullarımızın sayəsində Qələbə və Zəfər qazanmışıq, onların sayəsində düşmənin belini qırmışıq, onları qarşımızda diz çökməyə məcbur etmişik, üzərimizdəki qara ləkəni götürmüşük. Hər birinə borcluyuq, hər birinə minnətdarıq, hər birinin ruhu qarşısında baş əyirik”-deyə, İcra başçısı bir daha Kənan Ələkbərlinin ailəsinə başsağlı verib, Allahdan səbr diləyib.

Sonra məktəblilərin ifasında şeirlər səsləndirilib.

Təxminən bir saat çəkən ziyarətdən sonra Şəhidin yaşadığı evdə anım mərasimi başlayıb, adına ehsan verilib.

11:30

***

FOTOLAR:

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

BİR İLDƏN ÇOXDUR BOŞ QALMIŞ BƏYLİK OTAĞI…SÖZÜN BİTDİYİ YER…

ANALAR YANAR, AĞLAR…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Atasını Şəhidliyindın az öncə itirən, evin-ailənin tək övladı-YUSİF BUDAQOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR – BU GÜN ONUN 24 YAŞI TAMAM OLUR…

Read Next

“Təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər…Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcək…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir