“Evlənməkdən söz düşəndə həmişə gülə-gülə deyirdi ki, atam gec evlənib, mən də gec evlənəcəyəm, 30 yaşımda ailə həyatı quracağam…Amma…”-ALİ TƏHSİLLİ, 27 YAŞINDA ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN ƏBİL CƏBİZADƏNİN ANASI İRADƏ CƏBİYEVA – FOTOLAR

Bu gün, 12 mart tarixində daha bir İkinci Vətən Müharibəsi Şəhidinin, Nur üzlü Vətən sevdalısının anası ilə tanış oldum…

Daha bir Qələbə və Zəfər Şəhidimizin-Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidi Əbil Qadir oğlu Cəbizadənin anası İradə xanımla bir araya gəldim…

Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidləri-ailənin tək övladları-Rüfət Mustafayevlə Abdulla Əhmədovun Cənnətdəki üçüncü doğum günü mərasimində Şəhidimiz Əbil Cəbizadənin anası ilə söhbətləşdim, dərdləşdim…

Ona, ailəsinə Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Şəhidimizin ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Bir ömür boyu Rüfət, Rüfətlərə, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Əslən Göyçay rayonundan olan Şəhidimiz-Əbil Cəbizadə 1993-cü ilin fevral ayının 26-da, Xocalı soyqrımının birinci ildömündə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub və ali təhsilini başa vurduqdan sonra, 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb…

Əsgərlikdə olarkən Aprel döyüşlərində iştirak edib…

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…

İşləyib, çalışıb…

İkinci Vətən Müharibəsindən 6 gün öncə isə hərbi səfərbərliyə cəlb olunub və sentyabrın 27-dən, müharibənin ilk günündən də döyüşlərə qatılıb…

Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb və şərəfli döyüş yolu 18 gün çəkib…

Və oktyabrın 14-də Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə bir gün sonra, oktyabrın 15-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib…

27 yaşına çatsa da, 27 yaşında Şəhid olsa da, Şəhidimiz subay olub…

İradə xanımın dediklərindən:

“Evlənməkdən söz düşəndə həmişə gülə-gülə deyirdi ki, atam gec evlənib, mən də gec evlənəcəyəm, 30 yaşımda ailə həyatı quracağam…Amma ailə həyatı qurmaq balama nəsib olmadı…30 yaşını məzarı başında qeyd etdik balamın (gözləri dolur)…”

Məqamı Uca, dərgahı mübarək olsun, Şəhidimizin!

Nur içində yatsın!

Allah ailəsinə, valideynlərinə bir daha səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Abdullam-tək övladım düz 12 ildən sonra dünyaya gəlmişdi…O da Vətən yolunda getdi…”-CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ, 21 YAŞI TAMAM OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ABDULLA ƏHMƏDOVUN ANASI – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin sonbeşiyi, evin tək və nişanlı oğlu-22 YAŞINDA FÜZULİDƏ ŞƏHİD OLAN SƏMİD XOŞBƏXT OĞLU ƏLİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir