Evoğlunun 4 İkinci Vətən Müharibəsi Şəhidindən biri, 3 medallı, MAXE-MÜRŞÜD ƏHMƏDZADƏ… – FOTOLAR

Mürşüd Müdahil oğlu Əhmədzadə…

Qəhrəman Tərtərin Qəhrəman övladı, Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi, Vətən sevdalısı…

Mürşüd 2000-ci ilin 1 aprel tarixində Tərtər rayonunun Evoğlu kəndində dünyaya gəlib…

Ailədə bir bacı, bir qardaş olublar…

Bacısı, hazırda Sumqayıt Dövlət Universitetində (SDU) birinci kursda təhsil alan Gülnarə Əhmədzadə ondan iki yaş böyük olub…

İllər öncə valideynləri ayrıldıqdan sonra qardaş-bacı ata nənələrinin himayəsində böyüyüblər…

Nənələri onlara həm nənəlik, həm də ana-atalıq edib…

Mürşüd 2018-ci ildə hərbi xidmətə yollanıb və 2019-cu ildə Vətənə xidmət borcunu yerinə yetirib, nənəsi və bacısının yanına dönüb…

İkinci Vətən Müharibəsindən cəmi günlər öncə isə yenidən Orduya qayıdıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

İkinci Vətən Müharibəsində də MAXE kimi iştirak edib və döyüş yolu 10 gün çəkib…

Oktyabrın 6-da Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb…

Nəşi yalnız 1 ay 21 gündən sonra əldə edilib və noyabr ayının 27-də Evoğlu kənd qəbiristanlığında torpağa tapşırılıb…

O, Evoğlunun 4 İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Mürşüd həm də subay olub…

Qeyd etdiyimiz kimi, 1998-ci il təvəllüdlü tək bacısı Gülnarə Əhmədzadə hazırda SDU-da birinci kursda təhsil alır…

Bu, həm də onun ikinci təhsilidir…

Bundan öncə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb…

O, həm də Sumqayıtda kirayədə qalır…

Eyni zamanda, hələ də nənəsinin himayəsindədir…

Və qardaşının Şəhidlik statusundan, bu statusdan irəli gələn imtiyazlardan istifadə edə bilməyib…

Allah Şəhidimizin məkanını cənnətlik etsin, tək bacısına və nənəsinə səbr versin!

Nur içində yatsın!

11:40, 7 aprel

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Övladlarımı, canımı, hər şeyimi Vətənə qurban verdim…Dövlətimdən yeganə istəyim odur ki, onların ev-muzeyini dövlət muzeyi kimi qeydiyyata alsın, yurdlarının dağılmasına imkan verməsin”-ŞƏHİD QARDAŞLAR – ƏLİ VƏ İSLAM ƏHMƏDOVLARIN ANASI ÖLKƏ RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ

Read Next

11 aprel 2018-ci il: yeni inkişaf, yeni intibah mərhələsi-ELDAR İBRAHİMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir