“Exit poll”a cəlb olunan seçicilərin 90 faizi referenduma çıxarılan məsələlərə “hə” deyib” – ABŞ təşkilatı

ABŞ-ın “AJF Associates & İNC” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən sentyabrın 26-da seçki məntəqələrində təşkil edilmiş “exit poll”un nəticələri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “AJF Associates & İNC” təşkilatının Azərbaycanda bundan əvvəl parlament seçkilərində səsvermə günü “exit poll” keçirdiyini diqqətə çatdırıb. O, deyib ki, ABŞ-dan olan “exit poll”çular gün ərzində referendumda iştirak edən çoxsaylı vətəndaşların rəylərini öyrəniblər.

ABŞ-ın “AJF Associates & İNC” təşkilatının prezidenti Corc Bornbaum bildirib ki, əvvəlcədən püşk atma metodu ilə seçilmiş 100 seçki dairəsindəki 450 məntəqədə “exit-poll” keçirilib. Respondentlər sorğu prosesinə təsadüfi seçmə metoduna əsasən cəlb ediliblər.

Dünya üzrə 20-dən artıq ölkədə seçkiləri müşahidə etdiklərini bildirən C. Bornbaum Azərbaycanda keçirilən referendumun peşəkarlıqla təşkil olunduğunu və keçirildiyini yüksək dəyərləndirərək vurğulayıb: “Referendum günü səs verən 32 min 400 nəfər arasında “exit-poll” keçirdik. “Exit poll” keçirdiyimiz məntəqələrdə seçicilərin 88,9 faizi səsvermədə fəal iştirak edib. Onlar referendumda səsverməyə çıxarılan məsələlərə “hə” deyərək, dəyişikliklərin tərəfdarı olduqlarını vurğulayıblar. Azərbaycan Respublikası ərazisində təhlükəsizliyin və müdafiənin, insan haqlarının təmin olunması ilə bağlı təkliflər müsbət qarşılanıb. Sosial təminat ilə bağlı təkliflərə isə seçicilərin 86,5 faizi müsbət cavab verib. Konstitusiya ilə bağlı dəyişiklərə dəstək verənlərin sayı daha çox olub. “Exit poll”a cəlb olunan seçicilərin 90 faizi referenduma çıxarılan məsələlərə “hə” deyib”.

Etikxeber.az

Read Previous

Avropa Xalq Partiyası da referendumu baş tutmuş hesab etdi

Read Next

“Müsavat” iradını bildirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir