“Exit-poll”un nəticələri açıqlandı – GÜRCÜSTANda

Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın OBQ, GDS, İmedi və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası 53,8 faiz, müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası isə 19 faiz səs qazanıb. Bu nəticələrə əsasən yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.

Beynəlxalq GFK şirkətinin keçirdiyi “exit-pol”un nəticələri isə bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə “Gürcü arzusu” səslərin 39,9 faizini, “Vahid Milli Hərəkat” partiyası isə 32,74 faizini toplayıb. “Vətənpərvərlər alyansı” 5,76 faiz, “Leyboristlər” partiyası 4,21 faiz, İrakli Alasaniyanın “Azad demokratlar” partiyası isə 3,21 faiz səs toplayıb.

“Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.

Etikxeber.az

Read Previous

Azərbaycan-Norveç: 1-0 – Millimiz qrup lideri oldu – FOTOLAR – YENİLƏNİB

Read Next

Tramp trampdan endirilir- Sabah namizədliyinin ləğvi istənilə bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir