Eyni gündə Şəhid olan əkiz qardaşlar-Tacir və Nazir Allahverdiyevlərin Cənnətdəki ikinci ad günü: BU GÜN ONLARIN 21 YAŞI TAMAM OLDU – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün, 20 aprel tarixində Ağdamın Çullu kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şəhid qardaşlar Tacir və Nazir Xasay oğlu Allahverdiyevlərin doğum günüdür.

Hər iki qardaşın bu gün 21 yaşı tamam olur və bu, Tacir və Nazir Allahverdiyevlərin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, ailənin 10 övladından olan Şəhid qardaşlar 2001-ci ilin aprel ayının 20-də Ağdamın Çullu kəndində sadə bir ailədə dünyaya gəliblər.

Hər ikisi də orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıblar.

Və hər ikisi də İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun əsgərləri kimi döyüşlərdə iştirak ediblər.

Döyüş yolları isə bir aya yaxın çəkib.

Hər iki qardaş 2020-ci ilin oktyabr ayında, eyni gündə və Füzuli istiqamətində Şəhid olublar.

Şəhid qardaşlar oktyabrın 24-də Çullu kənd qəbiristanlığında torpağa tapşırılıblar.

Şəhidliklərindən sonra hər iki qardaş bir neçə medalla təltif olunublar.

Şəhid qardaşlar həm də subay olublar.

Atalarını da illər öncə itiriblər.

Anaları Mailə Allahverdiyeva onlara həm analıq, həm də atalıq edib.

***

Şəhid qardaşların Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Ağdam, Bərdə, Tərtər, Goranboy və Biləsuvardan olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqaları iştirak ediblər.

Ziyarətdən sonra Şəhid qardaşların Cənnətdəki ikinci ad günü ilə bağlı məclis düzənlənib, ehsan süfrəsi açılıb.

Şəhid qardaşların ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara Allahdan səbr arzulanıb, bir daha Şəhid qardaşların Cənnətdəki ad günləri təbrik edilib.

Nur içində yatsınlar!

Məkanları cənnətlik, Cənnətdəki ad günləri mübarək olsun!

12:35

***

FOTOLAR:

13:35

***

15:55

***

16:35

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 21 yeni yoluxma…

Read Next

Atasının adını daşıyan balaca Fəxrəddin..ŞƏHİD FƏXRƏDDİN FƏRƏVOVUN ÖVLADI BALACA FƏXRƏDDİN FƏRƏCOVUN 1 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir