Eyni gündə, eyni saatda, eyni məkanda Şəhid olan qardaşların-İMAN VƏ BƏHRAM MƏMMƏDZADƏLƏRİN İZDİHAMLI ANIM GÜNÜ…- FOTOLAR – YENİLƏNİB – (7)

Bu gün Bakının Xəzər rayonu və Lerikin İkinci Vətən Müharibəsi Şəhidləri-Şəhid qardaşlar – İman və Bəhram Məmmədzadə qardaşlarının Anım Günüdür.

Düz bir il keçir Şəhid qardaşların Binə qəsəbə qəbiristanlığında, Şəhidlər məzarlığında torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından.

Düz bir il öncə-bu gün, noyabrın 2-də Şəhid qardaşlar torpağa tapşırılıblar.

Etikxeber.az xəbər verir ki, əslən Lerikin Kəlvəz kəndindən olan evin-ailənin iki övladı, iki oğlu-Şəhid qardaşlar uzun müddət Rusiyada yaşayıb, sonra isə Bakının Binə qəsəbəsinə köçüblər.

Hər iki qardaş Əsgər kimi İkinci Vətən Müharibəsində iştirak edib və eyni gündə, eyni saatlarda Xocavəndin Qırmızı Bazar qəsəbəsində Şəhidlik məqamına ucalıblar.

Şəhid qardaşların nəşi bir neçə gün sonra, noyabrın 2-də Əbədiyyətə uğurlanıb.

Ölümlərindən, Şəhidliklərindən sonra hər iki qardaş bir neçə medalla təltif olunublar.

Xatırladaq ki, İman 22 yaşında, Bəhram isə 20 yaşında Şəhidlik zirvəsinə yüksəlib.

Hər iki qardaş həm də subay olublar.

Anım günlərində öncə hər iki qardaşın məzarları ziyarət olunub.

Sonra isə Binədəki “Bənövşə” şadlıq sarayında Şəhid qardaşların anım mərasimi keçirilib.

Mərasimdə Şəhidlərin valideynləri-Həcər xanım və Elman bəy, Şəhid qardaşların yaxınları, qohumları, Qazilər, hərbçilər, din xadimləri, Bakıdan və digər bölgələrdən olan Şəhid ailləri, Xəzər və Lerik rayon rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda Şəhid qardaşların valideynlərinə bir daha Allahdan səbr dilənilib.

Şəhidlərin valideynləri də öz növbəsində mərasim iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.

Etikxeber.az anım mərasimindən fotoları təqdim edir:

12:40

***

FOTOLAR:

İMAN VƏ BƏHRAM MƏMMƏDZADƏLƏR…QÜRURUMUZ, FƏXRİMİZ, ŞANIMIZ-ŞƏRƏFİMİZ…

DƏRDLİ, YARALI, HƏM DƏ MƏĞRUR, QÜRURLU ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

12:59

***

İKİ ÖVLADINI VƏTƏN YOLUNDA ŞƏHİD VERMİŞ QƏHRƏMAN, DİK DURUŞLU, ƏSALƏTLİ ANA…NƏHAYƏT ANA…

***

ŞƏHİD ANALARI…CƏNNƏT ANALAR…

13:02

***

ŞƏHİD QARDAŞLARIN QƏHRƏMAN ANASI-HİCRAN ANA…

***

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQLİK SÜKUTLA ANILMASI VƏ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ, OXUNMASI…

ŞƏHİD QARDAŞLARIN QƏHRƏMAN ATASI-ELMAN ATA, ELMAN KİŞİ…

DƏYƏRLİ MİLLƏT VƏKİLİ, VİTSE-SPİKER ADİL ƏLİYEV DƏ ŞƏHİD QARDAŞLARIN ANIM MƏRASİMİNDƏ…

13:05

***

TƏK ÖVLADINI VƏ TƏK QARDAŞINI İTİRMİŞ ŞƏHİD ANASI VƏ ŞƏHİD BACISI…XANIMNAZ ANA…

TƏK QARDAŞI ŞƏHİD OLAN ELNARƏ XANIM…

,,,

ŞƏHİD ATASI…QƏHRƏMAN ATA…

XALQ ARTİSTİ VƏ ŞƏHİD ANASI…

SÖZÜN BİTDİYİ YER…

XALQ ARTİSTİ GÜLYANAQ MƏMMƏDOVA VƏ MÜĞƏNNİ-BƏSTƏKAR RUSLAN SƏFƏROĞLU ŞƏHİD QARDAŞLARA HƏSR OLUNMUŞ MAHNINI İFA EDƏRKƏN…

14:00

***

14:40

***

15:00

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

15:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şuşa fatehi, ali təhsilli, subay Şəhid Vüsal Teymurovun-XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU – FOTO-VİDEO – YENİLƏNİB – (3)

Read Next

Daha 2178 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir