Eyni gündə Şəhid olan, ey gündə torpağa tapşırılan Şəhid qardaşlar: TƏK-TƏHNA ANANIN 3 ARZUSU, 3 XAHİŞİ YERİNƏ YETİRLƏCƏKMİ? PREZİDENTİN KÖMƏKÇİSİ, MƏDƏNİYYƏT NAZİRİ VERDİYİ SÖZƏ, VƏDƏ NƏHAYƏT, ƏMƏL EDƏCƏKMİ? – FOTOLAR

Əslən Goranboydan olan Mingəçevirli Şəhidlər, Şəhid qardaşlar-Əli və İslam Əhmədovlar…

Əhmədovlar ailəsinin iki oğlu, iki övladı…

Atalarını vaxtsız itirdikləri üçün anaları tərəfindən minbir əzab-əziyyətlərlə və təkbaşına böyüdülən Vətən sevdalısı qardaşlar

Hər ikisi də hərbçi, MAXE…

Hər ikisi də İkinci Vətən Müharibəsinin iştirakçısı və Şəhidi…

Hər ikisi də eyni gündə Şəhid olan, hər ikisi də eyni gündə torpağa tapşırılan Şəhidlər, Şəhid qardaşlar…

İki qardaş, ikisi də Şəhid…

Və ürəyi, sinəsi dağlı, qəlbi yaralı, gözləri yaşlı, Dərdli, həm də Qürurlu Şəhidlər Anası- Sevinc Ana…

Həm də tək-tənha Ana, Şəhid oğulların, Şəhid qardaşların Şəhid anası Sevinc Ana…Sevinc Əhmədova…

***

Bu gün axşam saatlarında bir daha Şəhid qardaşların (həm də qohumlarımın) ocağını, ev-muzeyini, Sevinc Ananı, Sevinc Əhmədovanı ziyarət etdim…

Bir daha Şəhid qardaşların ocağına, Sevinc Anaya baş çəkdim…

Bir daha ona Allahdan dönə-dönə səbr və dözüm arzuladım…

Əldən, əlimdən başqa nə gəlir ki?!

Bir daha söhbətləşdim, dərdləşdim…

Bu yerdə qeyd edim ki, Sevinc Ana, Əli və İslam Əhmədovlargildə olarkən əslən Ağdamdan olan və qonşuluqda, eləcə də Bakıda yaşayan bir neçə nəfər Şəhid qardaşların ocağını ziyarətə gəldilər…

Şəhid qardaşların ocağını, ev-muzeyini ziyarət erdilər, xatirə fotosu çəkdirdilər, Dərdli və Yaralı Anaya təsəlli verdilər…

***

Sevin Ananın dövlətdən, kimsədən də umacağı, şəxsi xahişi, təmənnası yoxdur…

Gözü də, könlü də tox insandır…

Sadəcə, tələbi, istəyi, ricası övladlarının adının, xatirəsinin əbədiləşdirilməısi ilə bağlıdır…

Övladlarına Haqq etdikləri-Azərbaycanın ali ordenlərindən birinin verilməsini istəyir…

Dəfələrlə, hətta Prezidentin köməkçisi səviyyəsində söz verilsə də, ortada hələ də nəticə, müsbət heç nə yoxdur…

Övladlarını Şəhid vermiş tək-tənha Ana isə Əli və İslam Əhmədovlara orden verilməsini istəyir və haqlı tələbində də israr edir…

Eyni zamanda, evini, ocağını övladlarının xatirəsinin yaşadılması üçün üçün muzeyə çevirmiş Şəhidlər anası ev-muzeyinin dövlət qeydiyyatına alınmasını istəyir…

Mədəniyyət Nazirliyindən, şəxsən Mədəniyyət nazirinin özündən ilkin müsbət reaksiya olsa da, aylardır məsələ həllini tapmır, yubadıla-yubadıla, uzadıla-uzadıla gedir…

Sevinc anası isə bir daha Mədəniyyət Nazirliyinə və ölkə rəhbərliyinə səslənərək, ev-muzeyinin dövlət qeydiyyatına alınmasını xahiş, rica və tələb edir…

Həmçinin, orta məktəblərdən birinə övladlarının adının verilməsini istəyir…

Hər üç tələbində, ricasında da sonunacan, Yerdən-Göyə qədər haqlıdır…

Və haqlı tələbləri, xahişləri də artıq nəzərə, diqqətə alınmalı, öz müsbət həllini tapmalıdır…

Artıq övladlarının, Şəhid qardaşların Haqqı verilməli, tanınmalıdır…

Burada əlavə sözə, söz, vəd oyununa, bəhanəyə də artıq yer olmamalıdır…

Hər üç məsələ müsbət həll olunmalıdır…

Şəhid qardaşların Anası da həmin günü səbrsizliklə və ümidlə gözləyir…

Ümidlərini ölməyə qoymayın, ümidlərini yaşadın-yoldaşlar, cənablar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Rüstəm Məmmədovun bu gün 24 yaşı tamam oldu-CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Zapororojye AES-dəki vəziyyətlə bağlı fövqəladə iclas keçiriləcək-BMT-DƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir