Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrın 13-də məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi keçirilib.
Etikxeber.az məlumat verir ki, vəsatətə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılıb.
Vəsatət təmin edilməyib.
Prosesdə F.Laçın bildirib ki, himayəsində yaşlı anası var:
“Mənim istintaqdan yayınmaq fikrim yoxdur. Mən həbs olunana qədər 3 dəfə istintaqa çağırılmışam və istintaqdan yayınmamışam. 3-cü dəfə həbs olunmuşam. Xahiş edirəm, səhhətimdəki problemləri nəzərə alaraq, məni ev dustaqlığına buraxasınız”.
Müraciət təmin edilməyib.
***
Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
Bu barədə isə Trend-ə vəkil Türkel Süleymanlı deyib.
Vəkil bildirib ki, F.Laçın “hepatit c” xəstəsidir:
“Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb. O, nə istintaqdan yayınan deyil, nə də istintaqa təsir edə bilməz”.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Ə.Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri F.Laçındır. F.Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində də həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Etikxeber.az