“Fənərbağça” klubu heyətini gücləndirir…

İstanbulun “Fənərbağça” futbol komandası heyətini gücləndirir.

Etikxeber.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı Hatem Ben Arfanı icarəyə götürür. Tərəflər artıq razılığa gəlib və yaxın müddətdə keçidi rəsmi şəkildə elan edəcəklər.

Qeyd edək ki, futbolçu “Fənərbağça” tərəfindən mövsümün sonunadək icarəyə götürəcək. İyirmi səkkiz yaşlı futbolçu cari mövsüm PSJ-yə keçsə də, çox nadir hallarda meydana çıxıb. Futbolçunun məvacibi ildə 4 milyon 800 min ABŞ dollarıdır.

Etikxeber.az

Read Previous

Yeni test gizli inkişaf edən eşitmə problemini üzə çıxaracaq

Read Next

Prezident Qarayevə daha bir vəzifə verdi- Turizm Şurasının sədri təyin etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir