Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin “Fənərbağça” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Etikxeber.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul təmsilçisi son olaraq Fransanın “Marsel” klubunda çıxış edən Luiz Qustavo ilə anlaşıb.
Artıq İstanbula gələn otuz iki yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanacağı gözlənilir.
Bu mövsüm “Marsel”in heyətində üç matça çıxan braziliyalı iki oyunda 90 dəqiqə meydanda olub. Ötən mövsüm 30 matçda Fransa klubunun formasını geyinən braziliyalı futbolçu iki dəfə fərqlənib.
Qeyd edək ki, Luiz Qustavo karyerası ərzində Braziliyanın “Korintians”, Almaniyanın “Hoffenhaym”, “Bavariya” və “Volfsburq” komandalarında oynayıb.

O, 40 dəfə Braziliya millisinin şərəfini qoruyub.
Həmçinin, Fransanın “Monako” klubu “Çelsi”nin yarımmüdafiəçisi Timo Bakayokonu icarə əsasında heyətinə qatıb.
“Knyazlıq klubu” Bakayoko ilə bir illik müqavilə bağlayıb. Müqaviləyə futbolçunu birdəfəlik transfer etmək bəndi də daxil edilib. “Monako”nun bu keçid üçün “zadəganlar”a 2,5 milyon avro ödədiyi bildirilir.
Ötən mövsümü “Milan”da icarə əsasında keçirən futbolçu, 2014-2017-ci illərdə də “Monako”nun şərəfini qoruyub.
Etikxeber.az





