“Fərat qalxanı” əməliyyatının 166-cı günündə 33 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının 166-cı günündə İŞİD terror qruplaşmasının 259 hədəfi vurulub.

Etikxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 33 terrorçu məhv edilib, 4-ü yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusunun döyüşçüləri ilə birlikdə həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 6 dəfə pozub

Read Next

Dahi bəstəkar Qara Qarayevin anadan olmasından 99 il ötür – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir