Fərman Salmanovun heykəlinin ucaldılması ilə bağlı təkliflər hazırlayacaq – MƏDƏNİYYƏT NAZİRLİYİ

Mədəniyyət Nazirliyi Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması ilə bağlı təkliflər hazırlayacaq.

Etikxeber.az məlumat verir ki, Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

 Xatırladaq ki, Prezident İlham Əliyevin “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında”  9 iyul 2019-cu il tarixli fərmanına əsasən, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmalıdır.

Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanıdır.

Etikxeber.az

Read Previous

Heydər Əliyev Fondunun sosial layihələr müsabiqəsinə sənəd qəbulu başladı

Read Next

14 əməkdaş intizam məsuliyyətinə cəlb edilib – 163 CİNAYƏTİN AÇILMASI TƏMİN OLUNUB – BAŞ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir