Fətəliyeva – ÖZÜ, QAFAROVA VƏ SEYİDOVLA BAĞLI MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

Bir neçə gündür saytlarda və sosial şəbəkələrdə mənim və həmkarlarımın Primakovun 90 illik yubleyi ilə əlaqədar Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində həyata keçirilən tədbirdə iştirakımızla bağlı əsassız, heç bir fakta söykənməyən iddialar irəli sürülür.

Məlumatın dəqiqliyini yoxlamadan, başqa bir tədbirdə çəkilmiş şəkli yayımlayaraq, onun əsasında rəylər ifadə etmək qərəzdən başaqa mənzərə yaratmır.

Nəzərə alsaq ki, hər üçümüz Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edir və AŞPA-nın nümayəndə heyətinin üzvüyük, yanaşmanın hansı məqsədlə həyata keçirilməsi haqqında aydın təsəvvür yaranır.

samed-yeni

Bu kampaniyanı həyata keçirənlər unudurlar ki, yalana əsaslanan iddialar heç bir zaman reytinq gətirmir və bütün bunlara cavab dövlətimiz naminə həyata keçirdiyim real fəaliyyətdir.

Gəlin xoşməramlı olaraq, dövlətmiz naminə, gələcəyimiz naminə birgə fəaliyyət göstərək, əsassız iddia və cəfəng fikirləri irəli sürənlərə məqsədlərinə çatmağa şərait yaratmayaq!

Sevinc FƏTƏLİYEVA,

Millət vəkili, YAP-ın şöbə müdiri

Etikxeber.az

Read Previous

PA-nın yeni rəhbəri – “CABBAROVUN KADRI” SAMİR NURİYEV OLDU – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Read Next

Əli Həsənov yazdı: BOYKOT OLUNMUŞLARIN İFLASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir