Fəttah Heydərov sədr müavinliyindən getdi-AMMA KOMİSSİYA SƏDRLİYİNDƏ QALDI, AĞACAN ABİYEVİ İSƏ ELDAR İBRAHİMOV ƏVƏZLƏDİ – YENİLƏNİB – (1)

Xəbər verildiyi kimi, 6-cı cağırış Milli Məclisin (MM) ilk iclasında hələlik iki komissiyanın – İntizam və Hesablayıcı komissiyaların tərkibi tam formalaşdırılıb.

Digər komitələrin sədr və sədr müavinləri seçilsələr də, ancaq onların tərkiblərinin yaxın günlərdə formalaşdırılması gözlənilir.

Bəs görəsən, hər iki komissiyada hansı millət vəkilləri yer alıb?

Etikxeber.az adıçəkilən komissiyaların tərkibini təqdim edir:

İntizam komissiyası

1. Ağamalı Fəzail Rəhim oğlu,

2. Həsənov Nurlan Urfan oğlu,

3. Həsənova Afət Əbil qızı,

4. İbrahimqızı Məlahət İbrahim qızı,

5. İbrahimov Eldar Rza oğlu,

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,

7. Məmmədov Hikmət Baba oğlu,

8. Məmmədov Məşhur Şahbaz oğlu,

9. Möhbalıyev Səttar Suliddin oğlu,

10. Musayev Madər Əliəsgər oğlu,

11. Səfərov Nizami Abdulla oğlu.

Hesablayıcı komissiyası

1. Allahverdiyev Elnur Marat oğlu,

2. Əliyev Rauf Asif oğlu,

3. Hacıyev Emin Məcid oğlu,

4. Heydərov Fəttah Səməd oğlu,

5. Hüseynova Sevinc Əmirəhməd qızı,

6. Vəliyeva Sədaqət Süleyman qızı,

7. Zabelin Mixail Yuryeviç.

Qeyd edək, son çağırışa kimi, İntizam Komissiyasına sabiq deputat Ağacan Abiyev, Hesablayıcı komissiyaya isə Fəttah Heydərov sədrlik edib.

Məlumatlara görə, hər iki komissiyanın sədr və sədr müavinləri bugünlərdə seçiləcəklər.

Onu da qeyd edək ki, hər iki komissiyanın sədri vəzifəsinə yeni simaların seçilməsi gözlənilir.

Belə ki, Hesablayıcı komissiyanın sədri Fəttah Heydərov son 3 çağırışda həm də MM-in Regional məsələlər komitəsinin sədr müavini olub.

Ancaq bu dəfə onu millət vəkili Elşən Musayev əvəzləyib.

Bu baxımdan, Hesablayıcı Komissiyada da F. Heydərovun başq millət vəkili ilə əvəzlənməsi gözlənilir…

***

 İntizam komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

İclasda İntizam komissiyasının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə çıxarılıb.

İclasda  Eldar İbrahimov İntizam komissiyasının sədri seçilib.

Millət vəkili Fəzail Ağamalı isə komissiya sədrinin müavini olub. 

***

Hesablayıcı komissiyasının da iclası keçirilib və sədri məlum olub.

Komissiyanın sədri yenə F. Heydərov seçilib

Hesablayıcı komissiyanın katibi isə Mixail Zabelin olub.

Etikxeber.az

Read Previous

Yazmayacaqdım, amma… – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

“İqtisadiyyatımız neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər…” – BAŞ BANKİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir