Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə yenidən qatılan Fəttah Heydərovun Qəbələ rayonunda təbliğat-təşviqatı uğurla davam edir.
Namizədin Seçki Qərargahından Etikxeber.az-a daxil olan məlumata görə, onun görüşünə sevinclə gələn sakinlər namizədi yenidən aralarında görməkdən məmnun olduqlarını bildirirlər.
F. Heydərovun növbəti görüşü Kiçik Pirəlli kəndində olub.
Namizəd dövlətimizin vətəndaşın rifahı naminə gördüyü işlərdən danışdıqdan sonra, özünün deputat olduğu illərdəki fəaliyyətindən söz açıb. O, qeyd edib ki, əgər yenidən parlamentə seçilərsə, yenə də qəbələliləri layiqincə təmsil edəcək, əvvəlki coşğuyla da işlərini davam etdirəcək. Namizədin çıxışından sonra söz alan kənd sakinləri millət vəkilinin işindən daim razı qaldıqlarını bildirib, onun Qəbələnin inkişafındakı xidmətlərini təqdir etdiklərini və yenə də ona səs verəcəklərini ifadə ediblər.
F. Heydərov sakinlərin ümumi və şəxsi problemlərini dinləyib, qeydlər aparıb, həllinə çalışacağına söz verib.
Görüş coşğuyla başladığı kimi, yüksək əhval-ruhiyyə ilə də bitib

Etikxeber.az