“Fəxrəddin Abbaszadəninin həbsinə siyasi don geyindirmək istəyənlər…” – DEPUTAT

Fikir pülüralizmi, söz azadlığı ,insan hüquqları, etnik və dini azlıqların hüquqları və s. kimi məsələlər beynəlxalq güc mərkəzlərinin milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri ən effektiv silahdır .Bu universal dəyərlər siyasi istismar vasitəsinə çevrilərək dəyərsizləşdirilir və bunu qlobal imperializm öz məqsədlərinə çatmaq üçün edir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.

O, qeyd edib ki, başqa ölkələrdən hüquq və azadlıqlara hörmət tələb edən beynəlxalq güc mərkəzlərinin özləri ən çox hüquq və azadlıqları pozan ölkələrdir.

Onun sözlərinə görə, onlar öz milli maraqlarını , imperialist maraqlarını təmin etmək üçün istismar obeykti kimi müəyyənləşdirdikləri ölkələrə xüsusi bir təzyiq yaxud elə siyasi şantaj mexanizmi formalaşdıraraq, onun adını bəzən beynəlxalq hüquq müdafiəsi təşkilatları , bəzən beynəlxalq və regional təşkilat, bəzən söz və vicdan azadlıqları təşkilatları qoyurlar.

“Ancaq bunların əsil məqsədi hüquq və azadlıqların qorunması deyil qeyd etdiyimiz kimi bəzi ölkələri nəzarət altında saxlamaq üçündür.

Fəxrəddin Abbaszadəninin həbsinə siyasi don geyindirmək istəyənlər də elə həmin istismarçı mərkəzlərin beynəlxalq şantaj şəbəkəsidir .Fəxrəddin Abbaszadə Azərbaycana qarşı radikal çıxışlar edən, separatçıdır və Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da Rusiyada saxlanılıb.Onun haqqında hələ 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və həbsinə qərar verilib.O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar edib.

Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu da bəllidir. Dəfələrlə işğalçı Ermənistanın paytaxtı Yerevan şəhərində müxtəlif tədbirlərə qatılaraq işğalçılıq siyasətinə dəstək verib.

Bütün bunlar isə ölkəmizin milli təhlükəsizliyini təhdid etməklə konkret cinayət tərkibli hərəkətlərdir və hamı çox aydın dərk etməlidir ki , Azərbaycan qanunlarını pozan , onun milli təhlükəsizliyini təhdid edən hərəkətlərə kim yol veribsə mütləq gec- tez cəzalandırılacaq. Ona görə də burada etnik mənsubiyyət ya da hansısa azadlıq, hüquq axtarmaq yersizdir.

Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və hamı eyni dərəcədə məsuliyyət daşıyır .Ona görə də bu hadisəni siyasiləşdirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər”.

Etikxeber.az

Read Previous

Futbol Akademiyası yaradılacaq – TOVUZDA

Read Next

Parlamentin növbəti plenar iclası və ya Ombudsman nələri deyəcək? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir