Fəxri adlara görə aylıq təqaüdün məbləği, eyni zamanda, doktorantların və magistrantların təqaüdü artırıldı-SƏRƏNCAMLAR – YENİLƏNİB

Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Təqaüdlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

1.1. Doktorantura pilləsi üzrə:

1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;

1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

1.2.1. magistratura səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

1.2.2. bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

1.3. Orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;

1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;

1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.

1.4. Peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;

1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;

1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

Qeyd edək ki, bundan əvvəl dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilmişdi:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara – 360 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 216 manat

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 204 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 174 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 144 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 96 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 156 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 132 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 90 manat

Orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 90 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 72 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 60 manat

Peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 90 manat

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 72 manat

akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 60 manat.

***

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılır.

Bu, Prezident İlham Əliyevin növbəti müvafiq Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 manat müəyyən edilib.

İndiyə qədər Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 180 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 120 manat idi.

Etikxeber.az

Read Previous

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqları 15 faiz artırıldı-SƏRƏNCAM

Read Next

Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği-ARTIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir