Fəxri adların verilməsi məsələsi yenidən gündəmə gətirildi…

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonundan ümumilikdə 20-dən artıq sakin iştirak edib.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında keçirilən qəbulda gənclər, idman və digər sahələri əhatə edən məsələlərlə bağlı müraciətlər dinlənilib.

Gənclər sahəsində müraciətlərə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyəti aid olub.

İdman sahəsinə müraciətləri isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlığı ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı məsələləri təşkil edib.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Etikxeber.az

Read Previous

Noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlandı

Read Next

Ekoloji qanun pozuntuları ilə bağlı məhkəmələrə 6 iş göndərilib – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir