Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya və İran Ermənistana təzyiqlərini artırmalıdır.
Etikxeber.az xəbər verir ki. bu fikri millət vəkili Fəzail Ağamalı parlamentin plenar iclasında Azərbaycan-İran-Rusiya arasında imzalanan üçtərəfli bəyannaməmin ratifikasiyası zamanı deyib.
Onun sözlərinə görə, adıçəkilən sənəd üç ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.
“Ancaq bir şeyi qeyd etmək istəyirəm, bundan sonra Rusiya və İran Azərbaycan-Ermənistan münaqişəsinə həssaslıqla yanaşmalı və Azərbaycanın haqq mövqeyini dəstəkləməldirilər. Bu ölkələr Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkib, konstruktiv mövqe nümayiş etdirməsi üçün təzyiqlər etməlidirlər. Belə olacağı təqdirdə, bölgədə siyasi sabitlik mümkün olacaq. Odur ki, İran və Rusiya Qarabağ məsləsində Azərbaycanın mövqeyinə həssas yanaşmalı və ədalətli mövqe nümayiş etdirməlidir”- deyə, millət vəkili bildirib.
Etikxeber.az